"Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi" - DEPUTAT

"Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi" - DEPUTAT"Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyimizi elan etməklə xalqımızın azadlıq və suverenlik əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı Şərqdə ilk dəfə demokratik, hüquqi və dünyəvi əsaslara söykənən parlament respublikasını qurmağa nail olmuşdur. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən imzalanan İstiqlal Bəyannaməsi ölkəmizin dövlət müstəqilliyinin rəsmi və beynəlxalq səviyyədə tanıdılmasının başlanğıcı olmuş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi tarixə düşmüşdür" - bunu Sonxeber.az -a danışan deputat Şahin Seyidzadə deyib:

"Müstəqil və demokratik respublika yaratmaq amalı ilə fəaliyyətə başlayan Cümhuriyyət, öz müqəddəratını müəyyən etmək iqtidarında olduğunu sübut etdi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik idarəçiliyin təməlini qoyaraq, bu sahədə mühüm nümunə yaratdı. Qısa müddət ərzində ölkənin ilk parlamenti və hökuməti formalaşdırıldı, dövlət rəmzləri qəbul edildi, mühüm dövlət quruculuğu tədbirləri həyata keçirildi. Beynəlxalq münasibətlər sisteminə inteqrasiya istiqamətində atılan addımlar Azərbaycanın suveren hüquqlarının müdafiəsinə yönəldi. Parlamentin qəbul etdiyi qanunvericilik aktları isə ölkənin siyasi, iqtisadi və mədəni inkişafına mühüm töhfə verdi, demokratik dəyərlərin bərqərar olmasında əsaslı rol oynadı.
Ulu Öndər Heydər Əliyev haqlı olaraq qeyd etmişdir: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Məhz onun siyasi uzaqgörənliyi, iradəsi və fədakarlığı sayəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlaya bildi.
XX əsrin sonlarında ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan, Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra möhkəm və dayanıqlı inkişaf yoluna qədəm qoydu. Çətin və böhranlı bir dövrdə Ermənistanın hərbi təcavüzü, eyni zamanda daxili sabitsizlik ölkəni böyük təhlükələrlə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixə düşdü. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, iqtisadi və siyasi islahatlar həyata keçirildi, dövlətin möhkəmlənməsi istiqamətində mühüm uğurlar qazanıldı.
Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq edildi. Bu tarixi addım gələcək müstəqilliyimizin bünövrəsinin qoyulmasında mühüm mərhələ oldu və Heydər Əliyevin xalqına, dövlətinə sonsuz sədaqətini bir daha nümayiş etdirdi.
Bu gün üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş ərazilərimizdə də dalğalanır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlətçilik siyasətinin parlaq təzahürüdür. Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, siyasi və iqtisadi islahatların davam etdirilməsi dövlət başçısının strateji məqsədlərinin əsasını təşkil edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir.
2007-ci il mayın 25-də Bakı şəhərində İstiqlaliyyət küçəsində ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılışında iştirak edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirmişdir. Onun Cümhuriyyətin 90 və 100 illik yubileyləri ilə bağlı imzaladığı sərəncamlar milli yaddaşın qorunmasında, dövlətçilik ideologiyasının gücləndirilməsində mühüm rol oynamışdır. Xüsusilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi bu tarixi mərhələyə verilən yüksək dəyərin təcəssümüdür. Elə həmin il "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalının təsis edilməsi də bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biridir.
Ötən illər ərzində atılan bütün addımlar – iqtisadi inkişafdan tutmuş beynəlxalq mövqelərin möhkəmləndirilməsinədək – bir amal ətrafında birləşmişdi: işğal altında olan torpaqlarımızın azad edilməsi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi qətiyyəti və iradəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər sayəsində Azərbaycan xalqı dünyada mübariz, döyüşkən və qalib bir xalq kimi tanındı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1173   Tarix: 28 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr