Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA
"Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur".
Sonxeber.az bildirir ki Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil İnstitutundan məlumat yayıb.
"Bu dəyişiklik lisey və gimnaziyalara şagirdlərin daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində qəbulunu təmin etmək məqsədi daşıyır. Beynəlxalq təcrübələr göstərir ki, təmayül əsaslı seçimlər erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr əldə edilir.
Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul əvvəlcədən elan olunduğu qaydada keçiriləcək. Digər yaş qrupları üzrə qəbul prosedurlarına dair əlavə məlumatlar isə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək" , - deyə məlumatda bildirilib.
Lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında edilən gözlənilməz və sərt dəyişikliklər valideynlər arasında böyük narazılıq və etiraz dalğası yaradıb.
Oxu.Az xəbər verir ki, narazılığın əsas səbəbi Təhsil İnstitutunun ötən gün yaydığı məlumatadır.
Həmin məlumatda bir sıra lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi açıqlanıb ki, bu da yüzlərlə valideynin övladları ilə bağlı planlarını alt-üst edib.
"Lisey və gimnaziyaların qəbul qaydalarına olunan anlaşılmaz dəyişikliklərə izah verən yoxdur. Yayılan məlumatdan belə aydın olur ki, artıq 4-cü və 5-ci sinif şagirdləri builki imtahanlarda iştirak edə bilməyəcəklər. Amma bizim uşaqlar iki ildir ki, imtahana hazırlaşırdılar. Niyə bu qərar ilin əvvəlində yox, imtahana bir neçə gün qalmış verilib?" - deyə şikayətçi valideynlərdən biri bildirib.
"Hər ay nazirlik sınaq imtahanları təşkil edib, hər şagirddən nə qədər pul yığılıb. Repetitorlara il ərzində nə qədər pul xərclənib. İndi isə imtahana sayılı günlər qaldıqda ləğv olunur - adını Təhsil İnstitutu qoyan qurum niyə bu qərarı təhsil ilinin əvvəlində verməyib?" - deyə digər valideyn həmkarını dəstəkləyib.
Təhsil İnstitutundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzu ilə bağlı müzakirələr aparılır və yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1609 Tarix: 28 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabr