Bu imtahan geniş müzakirələrə səbəb oldu: Dünyada ikinci belə təcrübə yoxdur ki...

Bu imtahan geniş müzakirələrə səbəb oldu: Dünyada ikinci belə təcrübə yoxdur ki...25 may tarixində keçirilən blok imtahanı abituriyentlər arasında geniş müzakirələrə səbəb olub. 2-ci və 3-cü ixtisas qrupları üzrə imtahan suallarının çətinliyi sosial şəbəkələrdə və müxtəlif təhsil forumlarında ciddi şəkildə gündəmə gəlib.

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, qrup imtahanlarında sualların çətin və ya asan olması ilə bağlı fikir yürütmək çətindir:

"25 may tarixində olan qrup imtahanlarında sualların çətin olması ilə bağlı müəyyən fikirlər səslənib. Amma məsələ odur ki, bizdə nəyi biliriksə, asandır, nəyi bilmiriksə, çətindir. Mən düşünmürəm ki, orada, xüsusilə də ağır, çətin suallar salınıb. Hətta salınsa belə, bu, qəbul imtahanıdır. Əgər bu fikirlər buraxılış imtahanına aid olsaydı, belə deyə bilərdik ki, buraxılış imtahanının əsas məqsədi ondan ibarətdir ki, suallar məzunların hazırkı bilik və bacarıqlarına uyğun şəkildə hazırlanmalıdır. Bu, artıq qəbul imtahanıdır və qəbul imtahanına daha hazırlıqlı olmaq lazımdır ki, lazım olan hədəfə gedib çata bilsinlər".

Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmində problemli tərəf qəbul imtahanlarının suallarının asan və çətin olması deyil:

"Burada əsas məsələ imtahanların qruplar üzrə keçirilməsidir. Dünyada ikinci bir təcrübə yoxdur ki, qruplar üzrə imtahan olsun, burada ixtisaslar üzrə olmalıdır. Bu gün hər bir abituriyent üçün arzuladığı ixtisas üzrə sənəd verib, imtahan verib həmin ixtisas üzrə təhsil almaq imkanı yaradılmalıdır. Amma bizdə belə deyil. Bizdə 15 ixtisas və fərqli-fərqli ixtisaslar seçilir. Nəticədə mühəndis olmaq istəyən müəllim olur. Müəllim olmaq istəyən mühəndis olur, həkim olmaq istəyən müəllim olur və s.

Yəni bu, belə olmalı deyil. Konkret olaraq hər bir şəxs bir ixtisas üzrə ölkənin ayrı-ayrı ali məktəblərində həmin fakültələr, ixtisaslar üzrə müsabiqəyə qoşulmalıdır. Bax, problemli tərəf budur.

Amma arzu olunandır ki, Dövlət İmtahan Mərkəzi imtahanın keçirilməsi ilə bağlı bir dəyişiklik etsin. Burada imtahanlar qruplar üzrə deyil, konkret ixtisaslar üzrə olsun. Təqribən bildiyim qədər 150-dən artıq ixtisas var və imtahanlar konkret hər bir ixtisas üzrə təşkil olunmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2415   Tarix: 28 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr