Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab"ƏDV ilə vurduğum pulları kommunallara ödəyirdim, ancaq blok qoyuldu".

"Qafqazinfo" xəbər verir ki, bu barədə feysbukda "Hüquqşünaslar" qrupunda kuryerlərdən biri paylaşım edib.

O bildirib ki, müştərilərin ödəniş qəbzlərinin davamlı ƏDV-sini yüklədiyi üçün indi prosesi təkrarlamasına qadağa qoyulub: "Bəzən elə olur ki, müştərilər qəbzi istəmir, bu halda ƏDV-ləri öz kartıma yükləyirəm. Aya 40-50 manat toplanır, bununla kommunallarımı ödəyirəm. Ancaq 1 həftədir ki, qəbzləri yükləmək mümkün olmur. Bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etmişəm. Qurumdan bildirildi ki, buna səbəb aylıq qazancımın ödənişləri qarşılamamasıdır".

Sözügedən paylaşıma vətəndaşlar da münasibət bildirib. Onlar kuryerin cərimələnməsi kimi halın baş tuta biləcəyi ehtimalını vurğulayıblar. Bəzi istifadəçilər isə qeyd edib ki, bir başqasının ödəniş qəbzindən ƏDV yükləmək artıq qadağan olunub.

Şəxsin başqasının ödəniş qəbzindən Əlavə Dəyər Vergisini (ƏDV) vurması ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, "ƏDV geri al" layihəsinin əsas məqsədi şəffaf vergi münasibətlərinin formalaşdırılması və nağdsız ödənişlərin təşviqidir: "Bəzən layihədən sui-istifadə halları müşahidə olunur. Bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar".

Həmçinin qeyd olunub ki, belə hallar dəfələrlə təkrarlandıqda artıq araşdırılmağa başlanılır: "Bu, xüsusilə, sistematik xarakter daşıdıqda, gün ərzində dəfələrlə belə qəbzlərin daxil edilməsi halları müşahidə edildikdə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır. Məsələ bir-iki haldan getmir. Əgər gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması müşahidə edilirsə, bu zaman nəzarətə alınır. Hər kəs bilməlidir ki, vətəndaşlara geri ödənilən bütün vəsaitlər büdcədən qaytarılır və ayrı-ayrı şəxslərin bundan sui-istifadə etməsinə yol verilə bilməz. Vətəndaşlara çatmalı olan qəbzlərin onlara təqdim edilməməsi və onlara məxsus çeklərin digər şəxslər tərəfindən öz telefonlarına sistemli şəkildə daxil edilməsi sui-istifadə halıdır. Bu, istər həmin kuryerin çeki vətəndaşa təqdim etməməsi, istər mağzalarda kassirlərin bəzi hallarda qəbzləri təqdim etməməsini də əhatə edir. Belə hallar "ƏDV geri al" layihəsinin şəffaflığına ictimai etimadın sarsılmasına səbəb ola bilər.

Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarət tədbirlərini gücləndirməkdədir və aşkar olunan pozuntularla bağlı qanunvericilik çərçivəsində tədbirlər görür. Layihənin davamlılığı və uğuru, ilk növbədə, vətəndaş məsuliyyətindən və dürüstlüyündən asılıdır. Dövlət Vergi Xidməti bütün vətəndaşları vergi intizamına riayət etməyə və bu təşəbbüsə etimadı qorumağa çağırır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2069   Tarix: 29 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr