Nəzarətsiz hamiləlik hansı fəsadlara yol aça bilər? - AÇIQLAMA

Nəzarətsiz hamiləlik hansı fəsadlara yol aça bilər? - AÇIQLAMAÖtən gün, Sumqayıtda 23 yaşlı qadın ev şəraitində doğuş edib və təəssüf ki, dünyaya gətirdiyi körpə ölü olub. İlkin məlumatlara görə, qadın 30 həftəlik hamilə imiş və heç bir tibbi nəzarət olmadan, vaxtından əvvəl doğuş baş verib. Bu hadisə nəzarətsiz hamiləliklərin necə ağır nəticələrə səbəb ola biləcəyini bir daha gündəmə gətirir.
Bəs, belə halların qarşısını almaq üçün nə etmək lazımdır? Hamiləlik müddətində tibbi nəzarətin olmaması ananın və dölün sağlamlığı üçün hansı tibbi və psixoloji fəsadlara səbəb ola bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a Cərrah, mama-ginekoloq Nigar Həsənova danışıb.

Nəzarətsiz hamiləlik hansı fəsadlara yol aça bilər? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, çox təəssüf ki, 21-ci əsrdə, elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq, amma hələ də bəzi qadınlar həkim nəzarəti olmadan hamiləliklərini davam etdirir və ev şəraitində doğum edirlər:

"Hazırda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində icbari tibbi sığorta və güclü tibbi nəzarət sistemi mövcuddur. Hətta ən ucqar rayonlarda belə hamilə qadınların qeydiyyata alınmasına xüsusi diqqət yetirilir.

Lakin eyni zamanda vətəndaşın, yəni hamilənin və ailə üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Vaxtında qadın məsləhətxanasına və ya tibb məntəqəsinə müraciət edilməlidir. Hamiləlik tibbi protokollara uyğun şəkildə nəzarətdə saxlanmalı, vaxtında ultrasəs müayinələri və sidiyin ümumi analizləri aparılmalıdır.

İlk növbədə bu, ana sağlamlığı üçün vacibdir, çünki hamiləlik dövründə qadınlarda təzyiq problemləri, gestasion şəkər xəstəliyi, böyrək xəstəlikləri kimi ciddi fəsadlar yarana bilər. Eyni zamanda, ciftin yerləşmə anomaliyaları da rast gəlinir ki, bu halda qadın ciddi qanaxma riski ilə üzləşə bilər.

Bunlarla yanaşı, bətndaxili hipoksiya (daha doğrusu, fetal oksigen çatışmazlığı), anadangəlmə inkişaf qüsurları və digər inkişaf pozğunluqları, həmçinin ana bətnində yaranan zəhərlənmələr də mümkündür. Bu cür halların qarşısını almaq üçün ana hər ay müayinədən keçməlidir".

Mama-ginekoloq onu da qeyd etdi ki, bütün şərait yaradılmasına, pulsuz tibbi xidmətlərin mövcud olmasına baxmayaraq, bəzi insanlar bu xidmətlərdən yararlanmırlar, əsas səbəb isə məlumatsızlıqdır:

"Erkən doğumun əsas səbəblərindən biri də uşaqlıq boyunun qısalmasıdır və bunu yalnız ultrasəs müayinəsi vasitəsilə nəzarətdə saxlamaq mümkündür. Əgər erkən doğum riski varsa, qadın xəstəxana şəraitində yatmalı və həkim nəzarətinə götürülməlidir. Lazım gəldikcə digər ixtisas sahələrinin mütəxəssisləri ilə birgə hamiləlik dövrü nəzarətdə saxlanılmalı və sağlam doğum təmin edilməlidir. Çox təəssüf ki, bütün şərait yaradılmasına, pulsuz tibbi xidmətlərin mövcud olmasına baxmayaraq, bəzi insanlar bu xidmətlərdən yararlanmırlar, əsas səbəb isə məlumatsızlıqdır.

Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə işi güclü şəkildə aparılmalıdır. Əsas məsuliyyət media və sosial medianın üzərinə düşür. Biz həkimlər, xüsusilə qadın məsləhətxanalarında çalışan həkimlər də bu sahədə öz işimizi davam etdiririk. Lakin media vasitəsilə bu mövzunun daha çox işıqlandırılması, fəsadlarının insanlara çatdırılması çox vacibdir ki, insanlar sağlamlıqlarına laqeyd yanaşmasınlar və tibbi xidmətlərdən faydalanaraq övladlarını sağlam dünyaya gətirsinlər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1560   Tarix: 29 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr