"Üç qardaş ölkənin liderlərinin Laçında birgə verdiyi məsaj regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq" - Deputat

"Üç qardaş ölkənin liderlərinin Laçında birgə verdiyi məsaj regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq" - Deputat"Bu gün Azərbaycanın xarici siyasəti dostluq və qardaşlıq münasibətləri üzərində qurulub".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra regionda yeni reallıqlar yaranıb.Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın digər sahələr kimi, xarici siyasətdə də uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. 44 Vətən müharibəsi sübut etdi ki, münasibətlərdə qarşılıqlı etimad mühitinin, səmimi dostluq münasibətlərinin qorunması əsasdır. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dostluğu, qardaşlığı bütün dövrlər üçün dünyaya nümunə olan Azərbaycan-Türkiyə, eyni zamanda, Azərbaycan-Pakistan münasibətlərinin əyani nümayişinin bir daha şahidi oldu. Tarixi Zəfərimizdən sonra hər üç ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin əlaqələri daha da artırdı. Münasibətlər günbəgün daha yüksələn xətlə inkişaf edir, əməkdaşlıq formatlarının tərkibi genişlənir. 2021-ci ilin iyun ayında Qarabağın tacı Şuşada Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı, müttəfiqliyi rəsmiləşdirildi. Tarixi Şuşa Bəyannaməsi imzalandı. Bunun ardınca isə həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri səviyyəsində sarsılmaz dostluğun, qardaşlığın əsasını Bakı Bəyannaməsini imzalmaqla təsdiqlədilər. Ötən ilin iyul ayında isə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirildi.

Bu il Azərbaycanın Müstəqillik Günü tarixə qızıl hərflərlə həkk olundu. Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünün keçirilməsi münasibətlərin və əlaqələrin daha da inkişaf edəcəyini sübut etdi. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin Laçında keçirilən Zirvə görüşündəki çıxışında xüsusi qeyd etdiyi kimi Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib:

"Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub. Bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində böyük layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Laçında keçirilən Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə nümayiş etdirilən həmrəylik beynəlxalq arenada mühüm mesaj verdi:.

Ölkə başçımızın da vurğuladığı kimi sağlam təməllər üzərində qurulan üçtərəfli əməkdaşlıq təkcə bugünkü siyasi maraqlar üzərində deyil, həm də ortaq tarix, mədəniyyət və dəyərləri özündə birləşdirir. Laçından verilən birlik mesajı da buna sübutdur. Üç qardaş ölkənin liderlərinin birgə verdiyi məsaj regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Laçında keçirilən Zirvə görüşü həm də bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyi və yeni sahələri əhatə edəcəyi istisna edilmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 747   Tarix: 29 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr