Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
"BakuBus" MMC-nin yalnız qadınlar üçün nəzərdə tutulmuş sürücü vakansiyası ictimaiyyətdə maraqla qarşılanıb. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 manat səviyyəsində müəyyən olunub. Lakin sosial şəbəkələrdə əksəriyyət qadınların bu sahədə uğur qazana bilməyəcəyini iddia edirlər. Hətta bəzi hallarda taksi sifarişi zamanı sürücünün qadın olduğunu öyrəndikdə gedişi ləğv edən şəxslərin olduğu bildirilir.
Ekspertlər qadınlarla bağlı bu təklifi necə qiymətləndirirlər?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bütün sahələrdə gender bərabərliyinin qorunması istiqamətində addımlar atılır: "Qadın sürücülərin nəqliyyat sektorunda iştirakı alqışlanmalıdır. Dünyanın müxtəlif ölkələrində belə təcrübə var. Düzdür, qadın sürücülər daha çox tramvayları idarə edirlər, çünki bu, avtobuslarla müqayisədə daha asandır. Azərbaycanda qadın sürücülərin sayı son 10-15 ildə artmağa başlayıb. Ona görə də əksəriyyət düşünür ki, onlar "təhlükəli sürücüdürlər". Bu yanaşma yanlışdır. Əvvəl Bakıda özəl şirkətlərdən biri qadın sürücülərlə bağlı elan versə də, müraciət edən olmadı. Mümkündür ki, indiki cəhdin də sonu belə olsun. Çünki bu peşə qadınlar üçün maraqlı deyil və ağır sahədir".
Ekspert bildirib ki, gün ərzində xüsusilə, Bakı yollarında sükan arxasında olmaq psixogen bir vəziyyətdir: "Sərnişinlərlə ünsiyyət də qaydasında deyil. Əmək şəraiti çox çətindir - "BakuBus" sürücüləri işə saat 06:00-dan tez gəlməlidir. Qadın bu işi bacara bilsə də, ağır tələblərə görə maraq göstərməyəcəklər".
Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, heç bir şirkətin əsas məqsədi yalnız qadın sürücüləri işə cəlb etmək və ya onların sayını artırmaq olmamalıdır: "Hazırda Azərbaycanda avtomobili peşəkar şəkildə idarə edən, yol hərəkəti qaydalarını yaxşı bilən qadın sürücülər mövcuddur. Xanımlar, adətən, piyadalara və digər nəqliyyat vasitələrinə qarşı daha ehtiyatlı yanaşır, zolaq dəyişmələri zamanı diqqətli davranırlar. Lakin iritutumlu nəqliyyat vasitələrinin, xüsusilə də avtobusların idarə olunması sahəsində fəaliyyət göstərən qadın sürücülərin sayı çox azdır. Bu say o qədər də yüksək deyil ki, "BakuBus" onları işə dəvət etsin. Şirkətin strategiyasının konkret nə olduğu aydın görünmür. "Bakubus" keyfiyyətli, etik davranış qaydalarına əməl edən sürücüləri prosesə cəlb etməlidir".
Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, qadınlar bu sahədə uğurla fəaliyyət göstərə bilərlər: "Lakin etiraf etməliyik ki, ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında gərgin situasiyalar tez-tez baş verir. Əsas məsələ emosional dayanıqlılıq, stresə davamlılıq və konfliktlərlə mübarizə aparmaq bacarığıdır. Bu yanaşma təkcə qadınlara deyil, nəqliyyat sahəsində işləmək istəyən istənilən şəxsə aiddir. İşə götürülərkən psixoloji vəziyyətin qiymətləndirilməsi mütləqdir. Bu məqsədlə psixoloji testlər, müsahibələr və stres altında davranış modellərinin təhlili çox effektiv nəticə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı