Üç uşaq atası olan qazinin pensiyası niyə kəsilib? - Rəsmi açıqlama
"Vətən müharibəsində döyüşmüşəm, yaralanmışam. Mənə 5 il müddətinə üçüncü qrup əlillik verilib. Amma 3 il keçməmiş heç bir səbəb göstərmədən pensiyamı və Prezident təqaüdünü kəsiblər".
Bu iddia ilə "Qafqazinfo"ya Masallı rayonunun Xırmandalı kəndindən olan Vətən müharibəsi qazisi Rəşad Gülverdi oğlu Ağazadə müraciət edib.
Onun sözlərinə görə, əlillik təyinatı 2021-ci ildə aparılıb, ümumilikdə 945 AZN pensiya və təqaüd alıb: "615 manat əlilliyə görə və 330 manat Prezident təqaüdü alırdım. Ötən ilin dekabrında pensiyam, bu ilin yanvarında isə Prezident təqaüdüm dayandırılıb. Bununla bağlı heç bir səbəb də göstərilməyib. Bilmədim kimsə məndən şikayət edib, ya nə olub?.. Məni komissiyaya çağırdılar, heç yoxlamadan belə qərar verdilər.
Dizimdən iki dəfə əməliyyat olunmuşam. Ön çarpaz bağlar kəsilib, onları bərkidiblər. Ayağımı rahat işlədə bilmirəm, qatlanmır. Uzun müddət xəstəxanalarda qalıb müalicə almışam. Mən döyüşdə can qoymuşam, indi pensiyamı kəsib məni pis vəziyyətdə qoyublar. Özüm də 3 övlad atasıyam".
Qazinin saytımıza göndərdiyi sənəddə də əlilliyin 2021-ci ildə 5 il müddətinə təyin edildiyi və növbəti müayinə tarixinin 17.11.2026 ildə olacağı qeyd edilib.
Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, pensiyanın dayandırılması vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi ilə bağlıdır: "Rəşad Ağazadə 24.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib. Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq şəxsin tam reabilitasiya olunması barədə qərar qəbul edilib".
Qeyd edək ki, R.Ağazadə Vətən müharibəsində göstərdiyi xidmətlərə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 880 Tarix: 02 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabr