15 yaşlı qızı zorla qaçırdı: "Bacım Laləyə paltar verdi ki, məktəbli formasını dəyişsin"

15 yaşlı qızı zorla qaçırdı: "Bacım Laləyə paltar verdi ki, məktəbli formasını dəyişsin"Şamaxıda məktəblini zorla qaçıran şəxs həbs edilib. O, qaçırdığı qızın anasına zəng edərək: "Biz ailə olduq", - deyib, polisə məlumat verilməməsini istəyib.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, 25 yaşlı Rasim (ad şərtidir) 15 yaşlı məktəbli Laləni (ad şərtidir) qorxudaraq qaçırıb.

İstintaq zamanı müəyyən edilib ki, Rasim Laləyə yaxınlaşaraq onu çoxdan gördüyünü, bəyəndiyini deyib. Buna görə də onunla "Instagram" üzərindən danışmağı təklif edib. Bir müddət sonra Lalə ilə görüşərək onunla ailə həyatı qurmaq istədiyini deyib və qohumunun evinə aparıb. Oradan Lalənin üzündən və sinəsindən öpüb. Sonra Laləni öz evlərinə aparıb. Bir neçə saat sonra evə polis əməkdaşları gələn zaman Rasim qaçıb.

Rasim və Lalə dindirilən zaman fərqli ifadələr veriblər. Rasim bildirib ki, Lalə ilə könüllü görüşüb və evlənmək niyyətində olublar.

Onun sözlərinə görə, Lalə ilə marketdə görüşəndə tanış olublar. Sonra Lalə onun "Instagram" səhifəsindən yazıb, sonra da zəng edib.

"Lalə ilə görüşəndə özünü Kürə atacağını deyirdi. Ona qorxmamasını, yanında olduğumu dedim. Lalə də anasına zəng edərək sevdiyi adamın yanında olduğunu dedi. Lalə evdən təzyiqlər edildiyini deyirdi. Lalə mənim telefonumdan atasına zəng vurdu. "Məni axtarmayın, mən istədiyim oğlanın yanındayam", - dedi. Bir az sonra tanımadığım nömrədən Lalənin anası zəng etdi. Ona dedim ki, narahat olma. Lalənin anası: "Qızımın yaşı azdır. Yaşı tamam olanda üzük taxarsan, evlənərsiniz", - dedi. Mən də dedim ki, Laləni özüm gətirəcəyəm. Sonra da telefonu söndürdüm. Lalə ilə çay içdik. Bir neçə saat sonra telefonu açanda çoxsaylı zənglər gəldiyini gördüm. Zəng edənlər arasında polislər də var idi. Qardaşım da zəng edib, niyə qız qaçırdığımı soruşdu. Laləni götürüb öz evimizə apardım. Ailə üzvlərimə baş verənləri danışdım. Bacım Laləyə paltar verdi ki, məktəbli formasını dəyişsin. Bir az sonra polislər gələndə evdən qaçdım", - deyə Rasim ifadəsində bildirib.

Rasim ittihamla özünü təqsirli bilməyərək Laləyə qarşı heç bir zorakılıq hərəkəti etmədiyini deyib.

Lalə isə ifadəsində Rasim tərəfindən hədə-qorxu gəlinərək qaçırıldığını deyib. Bildirib ki, Rasim ona yaxınlaşaraq onu çoxdan izlədiyini, adına söz çıxmasın deyə yaxınlaşmadığını bildirib:

"Rasim "Instagram" səhifəsini verərək ona zəng etməyimi istədi. Əks halda başıma oyun açacağını dedi. Dərsdən çıxanda Rasimin hədə-qorxu gəlməsindən qorxdum. Babamın qəbrini ziyarət edəndən sonra Kürün kənarına getdim. Tanımadığım bir kişidən Rasimə zəng etdim. 10 dəqiqə sonra Rasim gəldi. Rasim mənə dedi ki, nə istəsə, edəcək. Ata-anama zəng edib, polisə şikayət etməmələrini deməyimi tələb etdi. Ona məktəbdə oxuduğumu, buraxmasını dedim. Mən də məcbur qalıb anama zəng edib, istədiyim adamın yanında olduğumu söylədim. Anama "biz ailə olduq" deməyimi tələb edirdi. Bir az sonra taksi ilə Rasimin evinə getdik. Ailəsi də evdə idi. Mən bacısının otağında qaldım, yemək də təklif etdilər. Sonra da polislər gəldilər".

Lalə ifadəsində Rasimin onu yanağından və sinəsindən öpdüyünü bildirib. Sonda isə Rasimə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib.

Məlumata görə, Lalənin yerini kamera görüntülərinə baxaraq müəyyən ediblər. Rasimlə Lalənin marketdə danışdığını izləyən polis əməkdaşları onların harada olduğunu təxmin edərək evlərinə gəliblər. Bu zaman polisləri görən Rasim qaçıb.

İstintaq zamanı məlum olub ki, Rasim daha əvvəl oğurluq və narkotik ittihamı ilə məhkumluq yaşayıbmış.

Rasim bu dəfə Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatan, lakin on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1046   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr