AZAL-ın bu günə planlaşdırılan bir sıra reysləri ləğv olunub
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.
Sonxeber.az AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:
• Bakı – Dammam – Bakı (J2 8205/8206)
• Bakı – Bəhreyn – Bakı (J2 505/506)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Lahor – Bakı (J2 145/146)
Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 808 Tarix: 16 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonuna zəng gəldi, kartından 7000 manat çıxarıldı (VİDEO)
Özünü bank əməkdaşı kimi təqdim edən kiberdələduzlar vətəndaşın kredit kartından 6800 manat pul çıxarıblar. Hadisə Qobustan rayon sakini Şöhrət Zaidovun başına gəlib. "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, telefonuna zəng edilib və kart hesabına kənar müdaxil
9 iyunADY rəsmisi: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir
Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil. "Report" xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, bununla bağlı yayıla
7 iyunİyunun 6-da Azərbaycanda neçə cütlük evlənib?
İyunun 6-da (06.06.2026) Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 556 nikahın bağlanması dövlət qeydiyyatına alınıb. -a istinadən xəbər verir ki, qeyd olunan tarixdə ölkə üzrə yüzlərlə ailənin rəsmi nikah qeydiyyatı aparılıb. Nikahların dövlət qeydiyyatı qanunvericiliyə uyğun olaraq qeydiyya
8 iyunLisey və gimnaziyalara qəbul bu tarixdə başlayır
2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır. Bu barədə -a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Qeydiyya
8 iyun