5 min dollarlıq yardım yalanına inandı, pullarını itirdi
Gəncə şəhər sakini olan qadın dələduzluqla üzləşib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, zərərçəkmiş qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib.
Belə ki, naməlum nömrədən zəng edən şəxs özünü ABŞ-də yaşayan xeyriyyəçi kimi təqdim edərək, guya, 5000 dollar yardım edəcəyini bildirib və bu məqsədlə qadından bank kartı məlumatlarını istəyib.
Qadın məlumatları qarşı tərəfə göndərdikdən sonra onun hesabındakı 3146 manat talanıb.
Nazirlik vətəndaşlara növbəti dəfə müraciət edərək bu kimi hallarda ehtiyatlı olmağa çağırıb: "Bank kartınızın nömrəsi, CVV/CVC kodu, istifadə müddəti və SMS-lə gələn birdəfəlik şifrələri heç kəslə, heç bir halda paylaşmayın. Heç bir bank və ya xeyriyyəçi şəxsi kart məlumatlarınızı istəməz. Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin. Şübhəli hallar zamanı dərhal bankınıza və polisə məlumat verin. Yardım etmək istəyən şəxs heç vaxt sizdən kart məlumatı istəməz, unutmayın, bu, dələduzların ən yayılmış üsuludur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 708 Tarix: 17 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr