Biruşaqlı ailə modeli niyə geniş yayılır? - AÇIQLAMA

Biruşaqlı ailə modeli niyə geniş yayılır? - AÇIQLAMASon illər müşahidə olunur ki, biruşaqlı ailə modeli getdikcə daha geniş yayılır. Bəs, bu tendensiyanın arxasında duran əsas sosial, iqtisadi və mədəni səbəblər nədir? İnsanların daha az uşaq sahibi olmağa üstünlük verməsinin arxasında hansı faktorlar dayanır? Bu modelin cəmiyyətin gələcəyi və demoqrafik vəziyyətə nə kimi təsirləri olacaq?

Mövzu ilə bağlı Sonxeber.az sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, təəssüf ki, bu bir reallıqdır ki, ailələrdə get-gedə daha az sayda uşaq dünyaya gəlir və bu qlobal bir tendensiya halını alıb:

"Son bir neçə onillikdə inkişaf etmiş ölkələrdə cütlüklər ev heyvanı saxlamaqda daha maraqlıdırlar, nəinki övlad sahibi olmaqda. Buna görə İET-də nəinki təkuşaqlı, hətta uşaqsız ailələr belə kifayət qədərdir. İnsanların daha azad həyat sürmə meylləri vəziyyəti o həddə gətirib ki, artıq bir çox ölkədə əhali sayı azalan trendə girib və nəticə olaraq, cəmiyyətin orta yaş həddi ildən-ilə qalxmaqdadır.

Adına "3-cü dünya ölkələri" dediyimiz inkişaf etməkdə olan ölkələrdə isə azuşaqlılığın əsas səbəbi, maliyyə problemləridir.

Çoxuşaqlılığı təşviq etmək üçün bir çox Qərb ölkələrində 2-ci və ya 3-cü övladı olan ailələrə xüsusi imtiyazlar verilir. Bu ailələrin ev, ipoteka kimi ehtiyaclarının təmin olunma şərtləri asanlaşdırılır. Bəzi yerlərdə aylıq dövlət ödəmələri və ya bir çox dövlət xidmətlərindən endirimli və ya pulsuz istifadə haqqları təmin olunur. Unudulmamalıdır ki, bu təşviqlər yalnız əhalisi kəskin surətdə azalmaqda olan ölkələrdə tətbiq olunur. Azərbaycan bu ölkələrdən deyil.

Azərbaycanda da azuşaqlılığın get-gedə yayıldığını müşahidə etsək də, vəziyyət hələ həyəcan təbili çalınacaq vəziyyətə gəlməyib. Əksər cütlüklər hələ də, minimum 2 uşaq sahibi olmağı planlayır ki, bu da öz növbəsində əhali sayının dəyişməz qalması üçün kifayətdir. Hələ ki, əhali sayımız artmaqda davam edir, gənc vətəndaşlarımızın say nisbəti kifayət qədərdir. Hazırda bu gənclərin effektiv şəkildə işlə təmin olunması dövlətimizin önündəki əsas prioritet məsələdir.

Əgər Azərbaycanda da əhali azalmağa başlasa, bu bizim ölkəmizdə də yaşlı nəsil nümayəndələrinin say nisbətini artıracaq ki, bu da öz növbəsində bir neçə problemi özü ilə gətirəcək:

Birincisi, əmək bazarında aktiv işçi qüvvəsinin azalması istehsalatı zəiflədəcək, iqtisadi inkişafı ləngidəcək və sosial təminat sistemlərinə ,pensiya fondlarına, səhiyyə büdcələrinə daha çox yük düşəcək. Digər tərəfdən, ailə strukturu kökündən dəyişməyə başlayacaq. Gənclərin ailə qurma yaşı yüksələcək və bunların bir çoxu övlad sahibi olmaqdan imtina edəcək. Bu kor döngü ucbatından doğum səviyyəsi daha da aşağı düşəcək. Yekunda isə fərdlər sosial və iqtisadi risklərə qarşı daha açıq və müdafiəsiz vəziyyətə gələcəklər. Gənclər yaşlılarından qopacaq, yaşlılar isə daha tənha və tərk edilmiş bir şəraitə düçar olacaqlar".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1540   Tarix: 17 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR

"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur

11 sentyabr
.

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var

11 sentyabr
.

Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə

10 sentyabr
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10 sentyabr
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11 sentyabr
.

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara

11 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT

Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib

10 sentyabr
.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyirlər

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyir. xəbər verir ki, bunu komitə sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib. O qeyd edib ki, bu məsələni qışa saxlamadan yaxın müddətdə reallaşdırmaq lazımdır: "Mən artıq rektorla da danışmışam"

11 sentyabr