TikTok Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birlikdə #AzərbaycanMüəllimləri müsabiqəsinin nəticələrini elan edib

TikTok Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birlikdə #AzərbaycanMüəllimləri müsabiqəsinin nəticələrini elan edibTikTok Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birlikdə #AzərbaycanMüəllimləri müsabiqəsinin nəticələrini elan edib.

Video məzmun yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ilk #AzərbaycanMüəllimləri müsabiqəsinin yekunlarını açıqlayıb. Müsabiqə, biliklərini və təhsil məzmununu geniş auditoriyaya çatdırmaq üçün yaradıcı yanaşmalardan istifadə edən, ölkənin dörd bir yanından istedadlı müəllimləri bir araya gətirdi.
Müsabiqədə iştirak etmək üçün məktəb, kollec və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunmuşdu. Bunun üçün onlardan öz fənləri haqqında maarifləndirici videoları platformada paylaşmaları tələb olunurdu. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə müəllim müsabiqədə iştirak edib, rəsmi #AzərbaycanMüəllimləri həştəqi ilə 4 mindən çox təhsil videosu paylaşılıb.
Müsabiqənin qalibləri yüksək keyfiyyətli tədris videoları paylaşan və çox sayda baxış toplayan üç müəllim oldu.

• Günel Əkbər — Bakı şəhəri, 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir. Günel TikTok-da böyük məşhurluq qazanıb - artıq 700 mindən çox izləyicisi var. O, həm maarifləndirici, həm də məktəb həyatından sevincli və duyğulu anları paylaşır.

• Aysel Yaqub — Bakı şəhərindəki "Simurq" liseyində riyaziyyat və informatika müəllimidir. Həyatsevər və həmişə gülərüz olan Aysel şagirdlərini çox sevir və onlar da ona qarşı eyni sevgini göstərirlər. TikTok-da müəllimə müxtəlif riyazi məsələlərin həllinə dair izahlar və faydalı məsləhətlər paylaşır.

• Bəxtiyar Bəxtiyarlı — Yardımlı rayonundakı İlgər Şəkərov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Müxtəlif çətin mövzuların izahı ilə yanaşı, Bəxtiyat öz videolarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında danışır.
"Bu il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan müəllimləri üçün yeni bir təşəbbüs irəli sürdük. Ölkədə çox sayda yaradıcı müəllimin qısa videolar vasitəsilə təhsil məzmununu yeni və maraqlı formatda təqdim etdiyini görürük. Ümid edirik ki, bu müsabiqə Azərbaycanda müsbət ənənəyə çevriləcək və müəllimlərin sayəsində TikTok platformasında müxtəlif fənlər üzrə biliklər daha geniş auditoriyaya çatacaq," — deyə Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada TikTok-un əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.
Müsabiqənin qaliblərinə dəyərli hədiyyələr — TikTok platforması üçün keyfiyyətli kontent yaratmağa kömək edəcək iPhone 16 Pro smartfonları təqdim olunacaq.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1084   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr