Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? - AÇIQLAMA

Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? - AÇIQLAMABlok imtahanından 100 balı keçə bilməyən abituriyentlər üçün ixtisas seçimi fərqli şəkildə həyata keçiriləcək. Bəs, buraxılış imtahanında tələb olunan nəticəni əldə edib, lakin blok imtahanında 100 baldan aşağı bal toplayan abituriyentləri nə gözləyir? Bu addımı nə dərəcədə ədalətli hesab etmək olar?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Vüsət Əzizov danışıb.

Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanında 3 fənn üzrə minimum 50 bal toplayan və 100 balı keçməyən abituriyentlər üçün 150 ballıq ixtisaslar mövcuddur:

"Bu ixtisasları həmin bal aralığında nəticə göstərən abituriyentlər seçə bilərlər. İxtisasların sayı və çeşidi ixtisas qruplarına görə dəyişir. Məsələn, I ixtisas qrupu üzrə daha çox 150 ballıq ixtisaslar mövcuddur, III qrupda isə bu say daha azdır.

Təbii ki, qəbul şansı da ixtisas qruplarına görə fərqlənir. Məsələn, I ixtisas qrupu üzrə ümumi balı 150-200 arasında olan abituriyentlər əsasən regionlardakı ali təhsil müəssisələrinə qəbul olunurlar, çünki Bakıda qəbul üçün tələb olunan bal daha yüksək olur. II ixtisas qrupu üzrə isə 150-200 bal toplayan abituriyentlərin həm Bakıda, həm də regionlarda təhsil alma imkanları daha genişdir. III ixtisas qrupu üzrə isə vəziyyət fərqlidir: ədəbiyyat alt qrupu üzrə 150-200 bal toplayanların qəbul şansı çox aşağıdır, amma coğrafiya alt qrupu üzrə bu balla Bakıda yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaq mümkündür".

Təhsil eksperti onu da qeyd etdi ki, blok imtahanında tətbiq olunan 100 bal limiti daha prestijli ixtisasların seçilməsi ilə əlaqələndirilir:

" Məsələn, bəzi ali təhsil müəssisələri elə bal limiti tətbiq edir ki, ümumi balı 400-dən aşağı olan abituriyentlər həmin universitetləri seçə bilmirlər. Bu bal tələbi ali təhsil müəssisəsinə görə dəyişir. 100 bal limiti eyni zamanda bəzi ixtisaslarda ona görə tətbiq edilir ki, həmin balı toplaya bilməyən abituriyentlər bu ixtisaslarda keçilən fənləri mənimsəməkdə çətinlik çəkə bilər. Bu səbəbdən belə bir məhdudiyyət qoyulub.

Xüsusilə I ixtisas qrupu üzrə kənd təsərrüfatı yönümlü ixtisaslar daha çox olduğuna görə bu sahədə müəyyən güzəştlər tətbiq olunur. Məqsəd az bal toplayan abituriyentlərin də bu ixtisasları seçməsini stimullaşdırmaq və dövlət tərəfindən ayrılmış plan yerlərinin boş qalmasının qarşısını almaqdır. Bu ixtisasların əksəriyyəti dövlət sifarişi əsasında, yəni pulsuz şəkildə həyata keçirilir. Bu da həmin sahədə mütəxəssis hazırlığını təmin etmək məqsədi daşıyır.

Bundan əlavə, buraxılış imtahanında hər hansı bal limiti tətbiq edilmir. Yəni, buraxılış imtahanında 0 bal toplayan şəxslər də blok imtahanında və ya V ixtisas qrupu üzrə sənəd qəbulunda iştirak edə bilərlər. Həmçinin, buraxılış imtahanında hər üç fənn üzrə zəif nəticə göstərən abituriyentlərə də təhsil müəssisəsi tərəfindən 11 illik təhsili təsdiqləyən attestat təqdim olunur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 12519   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr