"44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya əsil müharibə mədəniyyətini nümayiş etdirdi" - DEPUTAT

"44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya əsil müharibə mədəniyyətini nümayiş etdirdi" - DEPUTAT"44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında darmadağın edərək qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edən Müzzəfər Azərbaycan Ordusu bu gün istənilən vəzifəni yüksək səviyydə icra etmək iqtidarındadır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir:

"Azərbaycanda Ordusunun gücü, peşəkarlığı ilbəil artmaqdadır. Azərbaycan xalqı tarixin ən ağır sınaqlarından üzüağ və şərəflə çıxıb. Xalqımızın məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli Azərbaycan ordusu ermənilərin illərdir yaratdığı mifi darmadağın etdi. Ordumuz 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatında Azərbaycan Ordusu peşəkarlığı, şücaəti ilə tarix yazdı.

İyunun 26-da, Silahlı Qüvvələr Günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərdə və Laçında oldu, bir güllə belə atılmadan azad edilən bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajını çatdırdı.

Artıq 2 ildir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü qalib xalqın nümayəndəsi kimi qeyd edirik.

Cənab Prezident İlham Əliyev xalqla və hərbçilərlə görüşdəki nitqində tezliklə ərazi bütövlüyümüzü bərpa edəcəyimizi və 30 il həsrətində olduğumuz torpaqlara qovuşacağımızı daim söyləyirdi. Bu da səbəbsiz deyildi. Çünki cənab Prezident İlham Əliyev dövlət başçısı seçildiyi gündən ordu quruculuğu sahəsində çox mühüm addımlar ataraq, Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələləri daim xüsusi diqqət mərkəzində saxlayıb. Məhz ordu quruculuğu və silahlı qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər sayəsində 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm zəfər əldə etdik".

Deputat vurğulayıb ki, son iki illər ərzində baş verənlərə nəzər salsaq görərik ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya müharibə mədəniyyətini nümayiş etdirdi:

Bu gün yaranmasının 107-ci ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı mülki əhaliyə zərər vermədi. Əksinə bu istiqamətdə bütün zəruri addımlar atıldı. İstər hərbi əməliyyatların həyata keçirilməsi, istərsə də humanitar məsələlərin həlli baxımından əsl nümunə sərgiləyən Azərbaycan Ordusu real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiq etmiş ordudur.

Bu gün ordumuz 2020-ci ildə olduğunundan daha da güclüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşıdakı illərdə müəyyən etdiyi əsas vəzifələrdən biri silahlı qüvvələrimizin daha da gücləndirilməsidir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımıza qovuşduran Ali Baş Komandana və Azərbaycanın Müzəffər Ordusuna təşəkkür edirəm. Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1355   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr