Telefonlarımıza yüklənən bilmədiyimiz təhlükə - İzlənildiyinizə işarə ola bilər - VİDEO
Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də "casus app" adı ilə tanınan tətbiqlərdir.
"Ölkə.az" xəbər verir ki, bu proqramlar vasitəsilə telefona daxil olmaq, zənglərə qulaq asmaq, sosial şəbəkə hesablarına asanlıqla müdaxilə etmək mümkündür. Hətta bu tətbiqlərdə "endirimli paketlər" də təklif olunur.
Bəs bu təhlükənin qarşısını necə almaq olar?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirir ki, bu, təkcə internet üzərindən deyil, həm də "Bluetooth" və digər protokollar vasitəsilə mümkündür.
"Əgər telefonunuz yaddaşı dolu olmadığı halda normadan artıq isinirsə və ağır işləyirsə, bu, izlənildiyinizə işarə ola bilər. İctimai yerlərdə açıq internetə qoşulduqda belə, həmin şəxslər telefonunuza daxil ola bilərlər. Bundan qorunmaq üçün tanımadığınız faylları açmamalı, ictimai "Wi-Fi" şəbəkələrindən uzaq durmalısınız", - deyə E. Abbasov xəbərdarlıq edib.
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, heç kim başqasının şəxsi həyatına müdaxilə edə bilməz. Belə hallar Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə sirrinin pozulması kimi qiymətləndirilir və qanunla cəzalandırılır.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 713 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı
11 sentyabrUniversitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabr"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabr