"Az bal toplayan abituryentlər ilk növbədə emosional deyil, rasional seçim etməlidirlər" - AÇIQLAMA

"Az bal toplayan abituryentlər ilk növbədə emosional deyil, rasional seçim etməlidirlər" - AÇIQLAMAAbituriyentlər üçün ixtisas seçimi mərhələsi yalnız balın uyğunlaşdırılması deyil, həm də gələcək həyat yolunun başlanğıcıdır. Xüsusilə nisbətən az bal toplayan abituriyentlər üçün bu seçim daha həssas və strateji yanaşma tələb edir. Çünki bal aşağı olduqda seçim aralığı daralır, səhv qərar isə həm ixtisas üzrə təhsil alma imkanını əngəlləyir, həm də gəncin motivasiyasına mənfi təsir edir. Təhlillər göstərir ki, Azərbaycanda ali məktəbə qəbul zamanı orta və az bal toplayan abituriyentlərin təxminən 30%-i düzgün seçim etmədikləri üçün ixtisassız qalır və ya qəbul olunsa da təhsili sonradan yarımçıq qoyurlar.Bəs görəsən abituryentlər ixtisas seçimi zamanl nələrə diqqət etməlidirlər?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"Az bal toplayan abituriyentlər ilk növbədə emosional deyil, rasional seçim etməli, öz ballarına uyğun real proqnoz verməlidirlər. Statistikalar göstərir ki, hər il bir çox abituriyent yüksək ixtisaslara şansları olmadığı halda bu yerləri yuxarıdan yazaraq aşağı ballı yerləri əhatə etmədən ixtisas seçimi verir. Bu zaman müsabiqədən kənarda qalmaq riski yüksəlir. Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin (DİM) son 5 ilin qəbul statistikaları da bunu təsdiqləyir: müsabiqəyə düşməyən abituriyentlərin 40%-dən çoxu ballarına uyğun olmayan ixtisaslara müraciət etdikləri üçün qəbul ola bilməyiblər.

Abituriyentlər üçün əsas tövsiyə – müsabiqə şansı daha yüksək olan yerlərə prioritet verməkdir. Bunun üçün əvvəlki illərin keçid ballarını, plan yerlərinin sayını, tələb olunan fənləri və müsabiqə vəziyyətini düzgün təhlil etmək vacibdir. Əlavə olaraq, region universitetlərində və ödənişli əsaslarla təklif edilən ixtisaslarda qəbul şansı daha yüksək ola bilər. Bir çox abituriyent ödənişli yerləri ümumiyyətlə yazmır, halbuki bəzi ixtisaslarda ödənişli əsaslarla qəbul olmaq şansı daha genişdir və bu, abituriyentin ixtisassız qalmasının qarşısını alır.

Digər mühüm məqam – ixtisasların real tələbatla uzlaşmasıdır. Az bal toplayan abituriyentlər sadəcə qəbul olmaq xatirinə istənilməyən, zəif təhsil imkanları olan və ya gələcək iş perspektivi zəif ixtisaslara müraciət etməməlidirlər. Bunun əvəzinə orta bal tələb edən, lakin texniki və ya praktik bacarıq əsasında sürətlə iş imkanı yaradan sahələrə – məsələn, informasiya texnologiyaları, logistika, aqrar ixtisaslar, turizm menecmenti kimi sahələrə baxıla bilər.

Xüsusilə nəzərə alınmalıdır ki, DİM-in minimum müsabiqə şərtləri dəyişməzsə, abituriyentlər blok imtahanından 100 baldan az, lakin 50-dən çox bal toplamışlarsa, o ixtisas qrupu üzrə məhdud ixtisaslara müraciət edə bilərlər. Bu zaman diqqət o ixtisaslara yönəldilməlidir ki, onlar həmin keçid ballarına uyğundur.

Bundan əlavə, ixtisas seçimi zamanı təhsil forması və dili də nəzərə alınmalıdır. Bəzi ixtisaslarda əyani-ödənişli və ya qiyabi variantda keçid balları daha aşağı olur. Eyni zamanda, rus bölməsində və ya ingilis dilində tədris olunan proqramlarda daha az rəqabət müşahidə olunur.

Az bal toplayan abituriyentlər üçün kolleclər də alternativ yol ola bilər. Son illərdə kolleclərdə bəzi ixtisaslar üzrə praktiki bacarıq əsaslı təlim genişlənib və məzunlar sürətlə əmək bazarına daxil ola bilirlər. Bu, gələcəkdə universitet təhsili üçün də körpü ola bilər.

Sonda, az bal yığmış abituriyentlər üçün əsas dəyişməli olan yanaşma – "təki universitet olsun" düşüncəsindən çıxıb, "təhsilim həyat planıma uyğunmu?" sualını verməkdir. Doğru seçilmiş ixtisas, əgər sistemli çalışılsa, istənilən baldan daha güclü nəticə verə bilər. Əksinə, yanlış seçilmiş ixtisas yüksək balla belə seçilsə, gələcəkdə peşmanlıq yarada bilər.

DİM-in və Təhsil Nazirliyinin vəzifəsi bu məqamda yalnız statistik məlumatı təqdim etmək yox, bələdçi sistemlər, elektron məsləhət panelləri və regionlara yönəlmiş fərdi təlimatlar vasitəsilə abituriyentləri real məlumatlarla dəstəkləmək olmalıdır. Belə olarsa, təkcə qəbul olunmaq yox, həm də düzgün istiqamət seçmək mümkün olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4007   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr