"Bakcell" 4-cü "YAŞAT" düşərgəsinin tərəfdaşıdır
İnnovasiya və sürət lideri "Bakcell"in dəstəyi ilə şəhid övladları üçün 4-cü "YAŞAT" yay düşərgəsi təşkil olunub. "YAŞAT" Fondunun təşkilatçılığı ilə keçirilən layihə ümumilikdə 500-dən çox şəhid övladını əhatə edir.
Düşərgədə "Bakcell" tərəfindən Azərbaycanın milli qüruru olan şəhid övladlarına "İnnovasiya və süni intellekt" mövzusunda təlim keçirilib. Təlimin məqsədi uşaqlara süni intellektin gündəlik həyatda necə tətbiq olunduğunu göstərmək və onları texnoloji yeniliklərlə tanış etmək olub. Tədbir zamanı praktiki nümunələr, öyrədici oyunlar vasitəsilə iştirakçılara süni intellektin iş prinsipi sadə və maraqlı şəkildə izah olunub. İnteraktiv formada təşkil olunan təlim sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu təşəbbüs "Bakcell"in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir. Şirkət gələcək nəsillərin inkişafı üçün sosial layihələr həyata keçirməyə davam edir və bu sahədə fəaliyyətini uğurla genişləndirir.
"NEQSOL Holding"in tərkibinə daxil olan "Bakcell" "YAŞAT" Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və "YAŞAT" Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 547 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr