Bakıda yeni söküntü dalğası: Kompensasiya nə qədərdir və sakinlər nədən narazıdır?
Paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.
Söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlara, Binəqədi rayonunda Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19, bundan başqa Suraxanı rayonunda yerləşən Xanlar Ələkbərov küçəsi, ev 87, Sabunçu rayonu üzrə isə M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32 və Babək küçəsi, ev 23 aiddir.
Görülən işlərlə bağlı sakinlərdən məlumat almaq üçün ünvanlardan birinə üz tutduq. Sabunçu rayon Babək küçəsi, ev 23 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidə artıq 20-dən çox ailə də köçürülüb, kompensasiya da bəllidir, amma sakinləri qane etməyən məqamlar var.Sakinlərin narazı olduğu digər bir məqam isə artırmaların hesablanmamasıdır.
Tikinti ekspertlərinin sözlərinə görə isə, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə, nəzərə alınır.
Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.//Xəzər TV
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7348 Tarix: 26 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr