Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)

Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)Gəncədə hərbi yürüş keçirilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə bu dəqiqələrdə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüş keçirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşıb.

Xankəndi şəhərində də 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə mərkəzi küçələrdə müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.//Report.az

10.44

Xankəndi şəhərində silahlı qüvvələri günü münasibəti ilə təşkil olunmuş hərbi yürüşə start verilib.

Yürüş hərbi orkestrin ifasında "Zəfər marşı" sədaları ilə davam etdirilir.

Gəncədə də hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir. Yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq Atatürk prospektinə qədər davam edəcək.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndirəcəklər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı və Laçın də hərbi yürüş keçirilir.//APA
Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 958   Tarix: 26 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr