Adı əfsanəyə çevrilən xanımlar - Üç Milli Qəhrəman

Adı əfsanəyə çevrilən xanımlar - Üç Milli QəhrəmanAzərbaycanda 26 İyun – Silahlı Qüvvələr günü qeyd olunur. Bu gün həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canını fəda etmiş qəhrəmanlarımızı xatırlayaraq onları yad edirik.

26 iyun vətən uğrunda savaş meydanına atılmış, adını tarixə qızıl hərflərlə yazdırmış xanım qəhrəmanlarımızı anmaq üçün isə xüsusi bir fürsətdir.

Tarix boyu Azərbaycan qadınları təkcə ailənin dayağı, cəmiyyətin əsası deyil, eyni zamanda vətənin müdafiəçisi kimi də çıxış ediblər. Milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində və digər hərbi əməliyyatlarda qadınların iştirak etməsi onların vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu sübut edir. Onlar döyüş meydanında şəfqət bacısı kimi deyil, bəzən də döyüşçü kimi əsgərlərlə çiyin-çiyinə mübarizə aparıblar.

Bu gün də Azərbaycan Silahlı Qüvvələrində yüzlərlə qadın hərbçi xidmət edir. Onlar hərbi həkimlər, snayperlər və digər ixtisas sahibləri kimi müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Bu xanımların cəsarəti və peşəkarlığı sayəsində ordu strukturunda qadının rolu daha da möhkəmlənib.

Xanım qəhrəmanlarımızın xatirəsi gənc nəsil üçün vətənpərvərlik məktəbi rolunu oynayır.

Modern.az saytı bunu nəzərə alaraq Silahlı Qüvvələr günündə xanım Milli Qəhrəmanlarımızı bir daha sizə xatırladıb.

Qeyd edək ki, Azərbaycanın 222 nəfər Milli Qəhrəmanı var. Onlardan 15 nəfəri sağdır. Milli Qəhrəmanlardan 3 nəfəri xanımdır.

Xanım Milli Qəhrəmanlarımızın qısa bioqrafiyasını təqdim edirik:

Salatın Əziz qızı Əsgərova

Adı əfsanəyə çevrilən xanımlar - Üç Milli Qəhrəman1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə müqavilə ilə "Bakı" qəzetində işləməyə başlayıb. 4 il sonra isə o, "Molodyoj Azerbaydjana" qəzetinə keçib. Salatın Əsgərova jurnalist kimi Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı. Ailəsi Salatının döyüş bölgəsinə getməsindən narahat olsa da, ona mane ola bilmirdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu auditoriyası qazanmağı bacarmışdı.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın erməni terrorçuları tərəfindən yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Salatın Əsgərova ölümündən sonra - 6 noyabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə "Milli Qəhrəman" adına layiq görülüb.

Hazırda Bakı şəhərində adına bir küçə var. Yaşadığı binaya barelyefi vurulub. Ona Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adı da verilib.

Bir oğlu yadigar qalıb.

Gültəkin Məlik qızı Əsgərova

Adı əfsanəyə çevrilən xanımlar - Üç Milli Qəhrəman1960-cı il noyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib.

Qarabağ hadisələri başlayanda 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Şuşa işğal olunduqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Ağır döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik kəndləri istiqamətində gedən çətin döyüşdə öz xidməti borcunu yerinə yetirərkən şəhid olub.

Ölkə Prezidentinin 1993-cü il 20 noyabr tarixli fərmanı ilə Gültəkin Əsgərovaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu 200 nömrəli tam orta məktəbə onun adı verilib, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulub. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filmi çəkilib, "Gültəkin zirvəsi" adlı kitab çap olunub.

Hökumə Cəlil qızı Əliyeva
Adı əfsanəyə çevrilən xanımlar - Üç Milli Qəhrəman8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşayıb. Hökumə orada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib. 2016-cı ildən etibarən Azərbaycan Hava Yolları aviaşirkətində (AZAL) təcrüməçi kimi işləməyə başlayıb. Sonralar isə bələdçi kimi işləməyə başlayıb. İşinin növbəti illərində o hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.

Lakin 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən stüardessa Hökumə Əliyeva xidməti vəzifəsini layiqincə yerinə yetirərək, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərib, özü isə baş verən partlayışda həlak olub. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub. Evli idi, övladı yoxdur.

Azərbaycan Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1003   Tarix: 26 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr