Hikmət Babaoğlu: "Rusiyada azərbaycanlılara qarşı hücumlar təsadüfi deyil"
"Rusiyada azərbaycanlılara qarşı baş verən son hadisələrdə açıq şəkildə cinayət tərkibinin olması istisna deyil".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
"Mümkün deyil ki, bir evdə yaşayan ailədə və ya hər hansı bir cinayət hadisəsində iştirak edənlərin hamısı təsadüfən azərbaycanlı olsun. Hətta belə bir hal baş versə belə, bir cinayətin kollektiv şəkildə törədilməsi mümkün deyil. Burada Rusiyanın müxtəlif dövlət qurumlarının və güc strukturlarının məqsədli fəaliyyəti açıq şəkildə görünür. Baş verən zorakılıq hadisəsi Rusiyanın müəyyən güc strukturlarında çalışan vəzifəli şəxslər tərəfindən xüsusi məqsədlə törədilir", - deyə deputat vurğulayıb.
O qeyd edib ki, 25 il əvvəl baş vermiş hər hansı bir cinayət hadisəsi ilə bağlı indi əməliyyat aparılması və hüquqazidd addımların atılması ciddi suallar doğurur:
"Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı verdiyi açıqlama və Rusiyanın müvəqqəti işlər vəkilinin XİN-ə çağırılaraq xəbərdar edilməsi mühüm addımdır və bunun nəticə verəcəyinə inanıram. Əgər bu zorakılığı törədənlər Rusiyanın siyasi iradəsindən kənar hərəkət ediblərsə, onlar mütləq cəzalandırılmalıdır. Əgər cəzalandırılmayacaqlarsa, bu, artıq siyasi qərar kimi dəyərləndirilməlidir. Bu baxımdan, baş verənləri hələlik Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirmək tezdir. Lakin azərbaycanlılara qarşı törədilən bu kütləvi zorakılıq cəzasız qalarsa, bu zaman hadisənin arxasında siyasi səbəblər axtarmağa məcbur qalacağıq".
Deputat əlavə edib ki, istənilən halda baş verən hadisələr qəbuledilməzdir:
"Heç bir halda hər hansı bir cinayəti törətmiş şəxs polis zorakılığına məruz qalmamalı və ya öldürülməməlidir. Hər bir cinayətkara cəzanı yalnız məhkəmə verə bilər. Bu, həm Rusiyada, həm də bütün dünyada belədir. Hadisə qətiyyətlə pislənməli və Azərbaycan tərəfi Rusiyanın müvafiq qurumlarından aydın və əsaslandırılmış cavab gözləməlidir".
Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi