Valideynlər TƏŞVİŞDƏ - Məktəbli formalarının rəngi DƏYİŞİR?
Bəzi məktəblərdə geyim formalarının rənginin yenilənəcəyi ilə bağlı valideynlərə xəbərdarlıq olunub. Onlar ötən il aldıqları formanın artıq bu il istifadə olunmayacağına görə narahatlıq keçirirlər. Xüsusilə ibtidai sinifdə oxuyan şagirdlərin valideynləri hazırki formaların hələ də istifadə üçün yararlı olduğunu deyərək, bu dəyişikliyin əlavə maliyyə yükü yaradacağından gileyləniblər. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən bu barədə hər hansı qərar verilmədiyini diqqətə çatdırıblar.
Məlum olduğu kimi, məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiq olunur və normativ hüquqi bazaya əsaslanır:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən, məktəbli formaları ilə bağlı vahid tələblər və standartlar mövcuddur. Bu formalar ölkə üzrə müəyyən olunmuş model və rəng çalarları daxilində seçilir.
Bəzi hallarda məktəb rəhbərləri və ya valideyn komitələri "nizam-intizamı artırmaq", "birörnəklik yaratmaq" kimi səbəblərlə forma ilə bağlı əlavə tələblər irəli sürə bilər.
Amma bu dəyişiklik yalnız valideynlərin razılığı və Təhsil Nazirliyinin tövsiyələri əsasında həyata keçirilə bilər. Məcburi xarakter daşıya bilməz.
Bəs belə olduğu halda məktəb özbaşına qərar vermək səlahiyyətini özündə necə tapır?
Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında qeyd edib ki, məktəb bu məsələdə birmənalı şəkildə qərar verə bilməz:
"Çünki sözügedən qaydalar normativ-hüquqi baza və müvafiq sənədlərlə müəyyən edilir. Elm və Təhsil Nazirliyi məktəblilər üçün geyim formalarını bir neçə variant üzrə təsdiq edib. Valideynlərin razılığı nəzərə alınmaqla şagirdlər bu formalar arasından seçim edə bilərlər.
Lakin burada vacib məqam ondan ibarətdir ki, normativ aktlarda hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin təsdiqi və valideyn komitələrinin birgə razılığı əsasında həyata keçirilə bilər. Yəni heç kim fərdi şəkildə bu qaydaları pozaraq formaya dəyişiklik edə bilməz", - deyə ekspert vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi