Rusiyanın azərbaycanlılara qarşı zorakılıq etməkdə məqsədi nədir? - VİDEO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıqla müşahidə olunan əməliyyat keçirilməsi, iki nəfərin öldürülüb, bir çoxunun saxlanılması və işgəncələrə məruz qalması Azərbaycan cəmiyyətində haqlı narazılıqla qarşılandı.
Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər bildirirlər ki, son zamanlar Rusiyada baş verən hadisələr şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir. Rusiyada miqrantlara və müsəlmanlara qarşı aparılan siyasət artıq repressiya mərhələsinə keçib. Ukrayna bataqlığında çabalamaq, dünyanın yarısından çoxu ilə düşmən olmaq, saysız-hesabsız sanksiyalarla üz-üzə qalmaq Rusiyanın daxilində güc strukturlarının qeyri-adekvat addımlar atmasına səbəb olur.
Politoloq Tural İsmayılov deyir ki, Yekaterinburq şəhərində baş verən hadisə Rusiya Federasiyası ərazisində son bir il ərzində bizlərə qarşı yönəlmiş yeganə insident deyil. 2024-cü ilin dekabr ayında Azərbaycan mülki təyyarəsinin vurulması insidentinə də hələlik qaneedici formada münasibət sərgilənməyib. Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə susqun davranması, hərəkətsizliyi narazılığı artıran faktorlar sırasındadır.
Yaxud Solovyov kimi təxribatçıların Rusiyanın rəsmi media subyektlərində anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosein idarə olunduğunu aydın göstərir.
Bu arada, Azərbaycan Xarici İşlər Nazirliyi Yekaterinburqda Azərbaycanlılara hücumlarla bağlı bəyanat yayaraq baş verənlərin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.
Eyni zamanda Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi