Yekaterinburqda azərbaycanlılar barədə QƏRAR VERİLDİ - YENİLƏNİB

Yekaterinburqda azərbaycanlılar barədə QƏRAR VERİLDİ - YENİLƏNİBYekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakir Səfərov əməliyyat zamanı öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır.

16:54

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Əhliman Gənciyev barəsində 72 saat müddətində həbs qətimkan tədbiri seçilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hazırda iş üzrə Bakir Səfərovun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Qeyd edək ki, indiyədək üç azərbaycanlı barəsində 22 gün, iki nəfər barəsində 72 saat həbs qətimkan tədbiri seçilib.

16:32

Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dəyənəklə döyüb, "elektroşok"la işgəncə veriblər.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib.

Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib:

"Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək".

Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb: "Biz sübut edəcəyik ki, həmin şəxslər xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itiriblər".

16:00

Yekaterinburq məhkəməsində şübhəli şəxs kimi saxlanılmış azərbaycanlı Şahin Lalayev barəsində 72 saat müddətində həbs qətimkan tədbiri seçilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hazırda iş üzrə Əhliman Gənciyevin barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq.

15:18

Yekaterinburq məhkəməsi Ayaz Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Ayaz Səfərovu 22 gün müddətinə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

Hazırda məhkəmə dördüncü ittiham olunanın - Şahin Lalayevin işinə baxılır.

14:22

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur.

Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndəriliblər.

13:18

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, həmyerlimiz 22 gün müddətinə istintaq təcridxanasına göndərilib.

Hazırda Yekaterinburqda Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovların məhkəmə prosesi davam edir.

Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.

Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.

11:06

Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesində ittiham tərəfi prosesin qapalı keçirilməsini xahiş edib. Məhkəmə xahişi təmin edib, jurnalistlər zaldan çıxarılıblar. İttiham tərəfi, həmçinin Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Sonxeber.az APA-ya istinadən məlumat verir ki, vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib.

Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib.

Saxlanılan azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə ayrı-ayrılıqda baxılır.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev də iştirak edir.

Bundan başqa Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski prosesə qatılıb.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.

10:20

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəməsi başlayıb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, məhkəmə onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı - publisist və tərcüməçi Seyfəddin Hüseynlinin qardaşları öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3976   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr