Vəkil: "Axtarış" və ya "cinayət işi" adı ilə keçirilmiş bu əməliyyatlarda insan hüquqları kobud şəkildə pozulub
Son günlər Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlı soydaşlarımıza qarşı həyata keçirilmiş əməliyyatla bağlı yayılan məlumatlar dərin narahatlıq və hiddət doğurur.
Bunu "Report"a açıqlamasında tanınmış vəkil, 28 saylı Vəkil bürosunun rəhbəri Hikmət Əliyev deyib.
O bildirib ki, "axtarış" və ya "cinayət işi" adı altında keçirilmiş bu əməliyyatlar zamanı əsas insan hüquqları – yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqları – kobud və açıq şəkildə pozulub:
"Unutmaq olmaz ki, cinayət işi aparılması və ya istintaqın həyata keçirilməsi heç bir halda insanın həyatına son qoymaq, yaxud ona qarşı fiziki və psixoloji işgəncə tətbiq etmək üçün əsas ola bilməz. Hüquq-mühafizə tədbirləri hüququn çərçivəsində, insan ləyaqətinə hörmətlə və hüququn aliliyi prinsipi əsasında aparılmalıdır.
Bu konkret hadisədə isə hüquqi prosedurların pozulması ilə yanaşı, etnik mənsubiyyətə görə ayrı-seçkilik əlamətləri daşıyan qəddar davranış və zorakılıq halları müşahidə olunub".
Büro rəhbəri qeyd edib ki, bu təkcə hüquqi pozuntu kimi deyil, eyni zamanda etik, insani və siyasi müstəvidə qəbuledilməz hal kimi qiymətləndirilməlidir:
"Hesab edirəm ki, bu məsələ yalnız fərdi məsuliyyətlə məhdudlaşmamalı, eyni zamanda dövlətlərarası münasibətlər kontekstində də ciddi şəkildə qiymətləndirilməlidir. Azərbaycan tərəfinin bu məsələ ilə bağlı ortaya qoyduğu haqlı narahatlıq nəzərə alınmalı, məsuliyyət daşıyan şəxslər barəsində dərhal hüquqi ölçü götürülməli, zərərçəkmiş ailələrə isə hüquqi və psixoloji dəstək təmin edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 816 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabr