"Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və maraqlarını ölkə hüdudlarından kənarda da daim müdafiə edir" - DEPUTAT

"Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və maraqlarını ölkə hüdudlarından kənarda da daim müdafiə edir" - DEPUTAT"Soydaşlarımıza qarşı bu cür zorakılıq aktları insan haqlarına, Rusiyanın dövlət nüfuzuna və iki dövlət arasındakı münasibətlərə kölgə salan addımlardı"

Bunu Sonxeber.az-a danışan deputat Fariz İsmayılzadə bildirib.

Deputat qeyd edib ki, iyunun 27-də Yekaterinburq şəhərində bir qrup azərbaycanlının yaşadığı evlərə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqını nəticəsində həmvətənlərimizin həyatını itirməsi, xəsarət alması və bir neçə şəxsin saxlanılması ölkəmizə qarşı başladılan siyasətin tərkib hissəsidir

"25 il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur.Rusiyanın aidiyyəti qurumlarını baş verən hadisəni obyektiv və şəffaf şəkildə araşdırmalı, azərbaycanlılara qarşı vəhşilik törədən şəxslərin tez bir zamanda məsuliyyətə cəlb olunmasını təmin etməlidir.Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və maraqlarını ölkə hüdudlarından kənarda da daim müdafiə edir, edəcək də.

Bu gün Azərbaycana qarşı qərəzli siyasət aparılır. Qarabağdakı və xarici siyasətdəki uğurlarımız bir çox ölkələr kimi görünür, Rusiyanı da natahat edir. Ona görə də ölkəmizə qarşı təzyiqlər artırılır. Biz bunu Rusiyadan olan kiber hücumlarda, ötən ilin dekabrında təyyarəmiz vurulanda, orada yaşayan azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə hiss etmişik. Ən önəmlisi isə bu yaxınlarda azərbaycanlı deputatın Rusiya buraxılmaması, bu ölkənin təmsilçilərinin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi, sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Bütün bunlar sübut edir ki, Azərbaycanın hər bir sahədəki uğurları və inkişafı qısqanclıq yaradır".

Deputat vurğulayıb ki, tələbimiz Rusiya dövləti və hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməsidir:

"Biz ölkə olaraq soydaşlarımıza qarşı törədilmiş bu cür vəhşilikləri və qeyri-insani hərəkətlər qəbul etmirik. Azərbaycan xarici siyasətində ikitərəfli hörmət siyasət tərəfdarıdır.Rusiya dövləti və hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının və eləcə də digər qeyri-rus xalqların hüquqlarının qorunması baxımından önəmlidir. Belə hadisələr davam edərsə bu Rusiya ilə münasibətlərimizə təsir edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2572   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr