"Rusiya Federasiyası azərbaycanlılara qarşı qanunsuzluqlara federal səviyyədə son qoymalıdır" - DEPUTAT

"Rusiya Federasiyası azərbaycanlılara qarşı qanunsuzluqlara federal səviyyədə son qoymalıdır" - DEPUTAT"Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın , milli ayrıseçkiliyin bariz nümunələridir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlı ailələrə qarşı törətdiyi vəhşilik, iki soydaşımızın qətlə yetirilməsi, digərlərinin döyülərək, işgəncələrə məruz qalması və həbs edilməsi bu ölkənin onsuz da yerlə sürünən beynəlxalq imicinə daha bir böyük ləkə oldu. Əgər əvvəllər Rusiyada millətçi dəstələrin, demək olar ki, hər gün qeyri-ruslara qarşı hücümlarının, bazarlara basqınlarının, "Rus marşı" adlanan neonasist yürüşlərinin şahidi olurduqsa, indi bu səlib yürüşü dövlət səviyyəsində davam etdirilir".

Bu fikirləri Sonxeber.az-a millət vəkili Tamam Cəfərova Yekaterinburqda baş verən hadisə ilə bağlı saytımıza münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Son bir ayda Rusiya güc strukturlarının oxşar hücumlarına Moskvada yaşayan özbək və qırğızların da məruz qaldığını xatırlasaq, prosesin sistemli olduğunu, tapşırığın isə vahid mərkəzdən gəldiyini görərik:

"Doğrudur, Özbəkistan və Qırğızıstan vətəndaşlarına qarşı hücumlar onların miqrasiya qanunvericiliyini pozması ilə əlaqələndirilirdi, Yekaterinburqda azərbaycanlı ailələrin evlərinə basqınlar isə başqa motivlə əsaslandırılır. Lakin hər bir halda cəza dəstələri rolunda güc strukturları çıxış etdiyi üçün, baş verənlərin hamısının vahid bir irqçi siyasətin tərkib hissəsi olması göz önündədir.

Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantlar narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar.

Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi statistikanın əsasında da bu həqiqətlər dayanır.

Yekaterinburqda baş verən hadisələr fonunda Rusiyanın Azərbaycanla münasibətlərində son gərginlik də diqqət çəkir. Həştərxanda keçirilən beynəlxalq tədbirə dəvət olunmuş azərbaycanlı deputatın ölkəyə buraxılmaması protokol normalarının pozulması kimi qiymətləndirilir. Azərbaycan tərəfi bu hadisəyə etiraz etsə də, Rusiya tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Digər tərəfdən, Azərbaycanın mülki təyyarəsinə qarşı törədilmiş insidentin cavabsız qalması və məsuliyyəti Rusiya tərəfinin öz üzərinə götürməməsi də narahatlıq doğuran məsələlərdəndir".

Tamam Cəfərova xüsusilə vurğulayıb ki, Rusiya Federasiyası bu qanunsuzluqlara federal səviyyədə son qoymalıdır. Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşilik hallarını qəti şəkildə pisləyirik və bunu beynəlxalq hüquq normalarının, insan haqlarının pozulması kimi qiymətləndiririk:

"Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi nota və bəyanata Zaxarovanın qısa və qeyri-ciddi cavabı qaneedici deyil. Bu məsələ ilə bağlı daha geniş və əsaslandırılmış izahat verilməlidir. Bizim tələbimiz ondan ibarətdir ki, bu cinayətlərdə əli olan hüquq-mühafizə orqanlarının əməkdaşları məsuliyyətə cəlb olunmalı və barələrində cinayət işi açılmalıdır. Səbəblər isə aydındır: Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil xarici siyasəti və Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzunun durmadan artması. Azərbaycanın güclənməsi, dövlətimizin qüdrəti bəzi dairələrin narahatlığına səbəb olur və onlar müxtəlif üsullarla bu inkişafı ləngitməyə, zəiflətməyə çalışırlar. Bu isə yol verilməzdir.
Yekaterinburqda baş verən bu hadisələr şübhəsiz ki, iki ölkə arasında geniş və çoxşaxəli əlaqələrin müəyyən dərəcədə geriləməsinə gətirib çıxaracaq. Azərbaycan dövləti isə hər zaman xarici ölkələrdə yaşayan vətəndaşlarının hüquqlarını qoruyur və müdafiə edir. Bu məsələdə də eyni prinsip tətbiq olunur və Azərbaycan tərəfindən atılan addımlar bunu bir daha təsdiqləyir.

Son olaraq Rusiyada qətlə yetirilən soydaşlarımızın ailələrinə, yaxınlarına başsağlığı verirəm və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2818   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr