"Dəniz" Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Ölkədə fəaliyyət göstərən bəzi özəl klinikalarda vətəndaşlara qarşı qeyri-rəsmi maliyyə münasibətləri və insan hüquqlarını pozan hallarla bağlı yeni bir qalmaqallı hadisə üzə çıxıb. Bu dəfə narazılıq "Dəniz" Hospitalda baş verib.
Tribunainfo.az xəbər verir ki, estetik əməliyyat üçün "Dəniz" Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı qadın təəccüblü və hüquqi baxımdan mübahisəli bir vəziyyətlə üzləşib. O, əməliyyat üçün əvvəlcədən müəyyən qədər ödəniş etsə də, qalan 600 manat məbləği çatmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını girov qoymağa məcbur olub.
İddialara görə, xəstəxananın təsisçisi kimi təqdim olunan Fidan adlı bir şəxs Ruhanə Allahverdiyeva ilə "müqavilə" bağlayaraq 8.000 manatlıq qızılları cəmi 600 manat əvəzinə qəbul edib. Əməliyyatı isə Sadiq adlı həkim həyata keçirib.
Əməliyyatdan sonra çatışmayan 600 manatı ödəyən Ruhanə Allahverdiyeva, qızıllarını geri almaq istəyəndə isə gözlənilməz cavab alıb: qızıllar artıq lombarda qoyulub və qarşılığında 5.000 manat pul götürülüb.
Bu hadisə ilə bağlı Ruhanə Allahverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda Binəqədi Rayon Polis İdarəsində şikayət əsasında araşdırma aparılır. Məlumatı ilk olaraq jurnalist Sima Babayeva şəxsi sosial media hesabında yayıb.
Qeyd edək ki, bu cür hallar ölkədə ilk dəfə baş vermir. Təxminən 2016-cı ildə də oxşar hadisə, estetik əməliyyatla bağlı maddi zərərə uğrayan bir şəxs Araz Salmanov adlı cərrahın adı ilə gündəmə gəlmişdi və ölkə miqyasında rezonans doğurmuşdu.
Hadisə ilə bağlı "Dəniz" Hospitaldan rəsmi açıqlama almaq mümkün olmayıb.
Tribunainfo.az olaraq yazıda adları hallanan tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 883 Tarix: 01 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr