"25 il əvvəl baş vermiş bir cinayət hadisəsinə azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi və təhqir olunması absurddur " - DEPUTAT
"Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin qətli, dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsi beynəlxalq hüquqa ziddir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib
Deputat qeyd edib ki, təəssüf doğuran digər məsələ reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasıdır. Rusiya tərəfindən tələbimiz azərbaycanlılara qarşı təşkil olunan bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların bu ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlərin görülməsidir.
Deputat vurğulayıb ki, vətəndaşlarımıza qarşı törədilmiş vəhşiliklərin 25 il əvvəl baş vermiş bir cinayət hadisəsi ilə bağlı əlqələndiriməsi, hər hansı rəsmi sübut təqdim olunmadan azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi, təhqir olunması və işgəncələrə məruz qalması absurddur:
"İyulun 1-də Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mütvali Şıxlinskinin saxlanması, göstərənilən zorakılıq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ümumiyyətlə heç bir səbəb olmadan istənilən azərbaycanlıya hücum edir, həbs edir və zorakılıq göstərir. Bütün bunlar göstərir ki, əslində azərbaycanlıların törətdiyi hər hansı cinayətlə bağlı deyil, açıq-aşkar Azərbaycana qarşı növbəti təzyiq qurmaq cəhdləridir. Rusiya unutmamalıdır ki, Azərbaycan nə 90-cı illərin, nə ötən əsrin əvvəlləri ilə müqayisə olunmayacaq dərəcədə güclüdür. Əgər bu təzyiqlərin arxa planı Azərbaycanı hansısa iradəsi ziddinə proseslərə razı salmaqdırsa, bu, tam əks nəticə verəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1387 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr