"Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın hüquqlarını qorumaq gücündədir" - DEPUTAT
Rusiya Federasiyasının Yekaterinburq şəhərində soydaşlarımıza qarşı edilən qəddarlıq və zorakılıq aktı bütün insanlıq dəyərlərinə, beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərarası münasibətlərdə etimad və qarşılıqlı hörmət anlayışlarına ziddir.
Azərbaycanlıların milli mənsubiyyətinə görə hədəfə alınması, qeyri-insani rəftara və işgəncələrə məruz qalması qəbuledilməzdir və açıq-aşkar etnik ayrı-seçkiliyin, sistemli şovinist, türkofob və islamofob siyasətin bariz nümunəsidir.
Bu vəhşiliyi qətiyyətlə pisləyir və Rusiya hökumətindən məsul şəxslərin cavab verməsini, bu hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb edirik. Bu cinayətin üstünün ört-basdır edilməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur və Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir.
Aydındır ki, bu tip mənfi ritorikanın ardında Kremlin ənənəvi imperiya maraqları və regional proseslər fonunda Azərbaycanın qazandığı uğurları gözügötürməmək dayanır. Dinc insanlara qarşı zorakılıq əlamətləri yolverilməzdir.
Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın hüquqlarını, təhlükəsizliyini qorumaq gücündə və əzmindədir. Bu məsələ bütün azərbaycanlıların haqq və ədalət uğrunda mübarizəsidir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 818 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr