Rus turistlərin Azərbaycan seçimi - Bu yay şimaldan Bakıya...

Rus turistlərin Azərbaycan seçimi - Bu yay şimaldan Bakıya...Bu ilin birinci rübündə ölkəmizdə gecələmələrin 14,3 faizi onların payına düşür - ekspert marağın səbəblərini açıqladı
Son günlər bəzi Rusiya mediasında Azərbaycana turist axınının guya kəskin azaldığı, turların kütləvi şəkildə ləğv olunduğu haqda məlumatlar yayılıb. Hətta 30-40 faiz azalma olduğu iddia edilirdi. Amma Rusiya Səyahət Sənayesi İttifaqı bu xəbərləri təkzib edib.

Qurumun rəhbəri İlya Umanski bildirib ki, Azərbaycana turist səfərlərinin kütləvi şəkildə dayandırılması müşahidə olunmur: "Turoperatorlarla əlaqə saxladıq, heç bir kəskin azalma yoxdur. Hər yay müəyyən qədər ləğv olur, bu da normaldır. Azərbaycandakı həmkarlarımız da ruslara münasibətdə heç bir problem olmadığını deyirlər".

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bildirir ki, may ayında Bakıda bronların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən eyni səviyyədə olub. İyun ayı və iyul üçün bronlarda ciddi dəyişiklik yoxdur. Ləğv edilən sifarişlər də normaldır. Hər il bəziləri planlarını dəyişir. Amma 30-40 faiz azalma yoxdur.

Rus turistlərin Azərbaycana marağı anlaşılandır. Ölkəmiz həm yaxın məsafədədir, həm də qiymətlər münasibdir. Rusiyalı turistlər üçün ən vacib məqamlardan biri də odur ki, Azərbaycanda rus dilində ünsiyyət asandır və özlərini yad hiss etmirlər.

Bakı, Qəbələ, Şəki və Quba bölgələri rusiyalı turistlər üçün ən çox seçilən məkanlardır. Ekspertlər hesab edir ki, gələcəkdə ölkələr arasında vəziyyət daha da gərginləşsə, bunun təsirləri hiss oluna bilər. Ona görə də turizm sektoru yalnız Rusiya bazarına güvənməməli, digər ölkələrdən də turist cəlb etməyə çalışmalıdır.

Ceyhun Aşurov: "Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq" - Oxu.az

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov "Yeni Müsavat"a bildirib ki, regionda baş verən gərginliklər, 3 ildir davam edən Ukrayna-Rusiya müharibəsi, Pakistan-Hindistan, İsrail-İran münaqişəsi müxtəlif formada Azərbaycana gələn turistlərin sayının azalmasına təsir göstərib: "Xüsusən, İran və İsrail arasında gedən son 12 günlük müharibədə hava məkanının qapalı olması həmin məkan üzərindən gələn ərəb və körfəz ölkələrinə də müəyyən məhdudiyyətlər yarandı. Əlbəttə ki, bu ümumi turistlərin sayına mənfi təsir göstərdi. Çünki normalda yay ayı Azərbaycanda turistlərin ən çox olduğu dövrdür. Amma hava məkanları bağlı olduğu üçün 3 saatlıq uçuşu dolayısı ilə 6-7 saata uçmaq məcburiyyətində olan turistlər daha asan gedə biləcəkləri yerə yönəlirlər.

Son bir neçə gün ərzində Rusiya-Azərbaycan arasında yaşanan gərginliklər nəticəsində bir çox tədbirlər, konsertlər ləğv olundu. Belə olan halda bu əyləncə tədbirlərinin auditoriyası da səfərlərini təxirə salmağa məcbur oldu. Bir məqamı da qeyd edim ki, əvvəlki illərdə ölkəmizə gələn rus turistlərin sayı daha çox olurdu. Bu il hələlik bir aktivlik yoxdur. Ola bilsin ki, rus turistlər gözləmə mövqeyindədir. Lakin hər hansısa gərginlik olanda və bu, mətbuatda işıqlananda səyahət etməli insanlar səfərlərini sonraya saxlayırlar. Bu mənada regionda və qonşuluğumuzda yaranmış gərginliklər əlbəttə ki, turistlərin qərarlarına təsir edir. Nəzərə alsaq ki, statistika həm də vətəndaşlığı olan insanların da qeydiyyatını edir, əlbəttə ki, Rusiyadan bizim çoxlu soydaşlarımız var və onlar qohumlarını ziyarət etməyə gəlirlər. Əslində biz onları da turist kimi qeyd edirik, lakin onlar hotellərdə qalmırlar".

Aşurov bildirib ki, hazırda Azərbaycan turizm sektorunda bir passivlik yaşanır: "Ümid edirik ki, tezliklə bu məsələlər öz həllini tapar. Alternativ bazara yönəlik müxtəlif addımlar atılır. Digər bazarlardan, Orta Asiyadan, Çindən, Şərqi Avropadan gələn turistlərinin saylarının artması üçün iş aparılır. Bakıda indi doluluq səviyyəsi iki dəfə aşağı düşüb. Bu, hotellərin fəaliyyətinə iş adamlarına da təsir göstərir. Çünki uçuşun əlverişli olmaması və müəyyən ölkədən olan turistlərin Azərbaycana gəlməməsi qərarları ümumi saya təsir edir.

Rus turistlərin sayı 2019-cu ildə daha çox idi. Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi. 2020-ci ildə isə pandemiya ilə əlaqədar bu rəqəm 225 minə düşdü. 2024-cü ildə isə bu rəqəm 2 dəfə aşağı düşüb: 731?009 nəfər Rusiyadan ölkəmizə səfər edib. Gələnlərin sayına görə rus turistlər İran və Gürcüstandan sonrakı yerdə 3-cü pillədə qərarlaşır. Rusiyadan Azərbaycana gələnlərin payı 30 faizə yaxındır".

Ekspert bildirib ki, Azərbaycan alternativ bazar kimi Orta Asiyaya nəzər salmalı və Özbəkistan, Qazaxıstan və Çindən turist cəlb etməlidir. Birbaşa uçuşların təmin olunması oradan gələn turistlərin sayına təsir edə bilər.

Millət vəkili Vüqar Bayramov bildirir ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gecələmələrin ümumi sayının 14, 3 faizi rusların payına düşür.

Azərbaycan son illərdə rus turistlər üçün yaxın, rahat və maraqlı istiqamətlərdən biri olaraq qalıb. Coğrafi yaxınlıq, vizasız giriş və münasib qiymətlər Azərbaycana üstünlük qazandırır. Rəsmi statistikalara görə, 2024-cü ildə Azərbaycana gələn xarici turistlərin böyük hissəsi məhz Rusiyadan olub. Onlar üçün üçün Azərbaycan hələ də ən çox seçilən yaxın istiqamətlərdən biridir. Türkiyə, BƏƏ, Misir və Tailandla yanaşı, Azərbaycan da onların ən çox səfər etdiyi ölkələr siyahısında qalır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1104   Tarix: 05 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr