Pensiyaçılarla bağlı VACİB AÇIQLAMA - Bu sahələrdə...
Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün arzulanan istirahət dövrü yox, daha çox maddi sıxıntılarla müşayiət olunan çətinlik dövrünə çevrilir. Ölkədə insanların pensiyaya çıxmağa marağı yoxdur. Çünki aldıqları əməkhaqqı az, pensiya kapitalı isə yetərsizdir. O qeyd edir ki, Qərb ölkələrində insanlar təqaüdə çıxanda rahat yaşayırlar, bizdə isə pensiya alanların çoxu gündəlik xərclərini qarşılamaq üçün ya ailəsinə möhtac qalır, ya da əlavə iş axtarmağa məcbur olur.
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən şəxslər pensiya yaşına çatdıqda avtomatik olaraq işdən azad olunur. Amma bu şəxslərin aldıqları pensiya nə qədər dolanışığa yetərlidir? Ölkədə təqaüdçülər üçün hansı güzəştlər var? Kommunal xidmətlər, nəqliyyat, dərman təminatı sahəsində hər hansı endirimlər tətbiq edilirmi? Bu güzəştlər real ehtiyaclara cavab verir, yoxsa sadəcə formal xarakter daşıyır?
Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Səadət Bənənyarlı bildirib ki, bu gün sözügedən sahədə müəyyən işlərin görülməsinə ehtiyac var:
"Doğrudur, bir çoxları məlumatlı olmasa da, tibb sahəsində dərmanların verilməsi və həkim xidmətində o qədər də böyük problem yaşanmır. Amma yaşlı insanlarda cərrahiyyə və müalicə prosesləri daha baha başa gəlir. Sığorta varsa, heç də bunların hamısını təmin etmir. Toplanan pensiya kapitalından da istifadə etmək nəzərdə tutulmayıb.
İnsan pensiya yaşına çatırsa, həmin dövrə özünü hazırlamalıdır. Bütün hər şeyi dövlətin boynuna yıxmaq düzgün deyil. Qoca dövrümüzdə müəyyən ehtiyaclarımızı ödəmək haqqında əvvəlcədən düşünməliyik".
S.Bənənyarlı onu da vurğulayıb ki, təqaüdçülər müəyyən yerlərin ayrılması da nəzərdə tutula bilər:
"Ancaq sığınacaq olaraq yox, ən azından gündə bir dəfə nahar edib, müəyyən ehtiyaclarını qarşılasınlar. Təkcə yeməklə kifayətlənmək də insanı tamamlamır. Ömrü boyu işləyən insan birdən-birə evdə oturmağa məcbur olur. Bu zaman ya həmin insan özündə güc tapıb haradasa çalışmağa başlamalı, ya da müəyyən layihələr vasitəsilə insanların özünü göstərməsi üçün şərait yaradılmalıdır. Əgər səhhətləri imkan verirsə, günün müəyyən saatlarında uşaqlara dayəlik edə bilərlər. Bunu ailə üzvləri üçün də edirlər. Amma mən bunu doğru saymıram. Onlara bunun üçün ailələri müavinət ödəmir.
Bütün bu məsələləri aydınlaşdırıb yoluna qoymaq üçün müzakirələr aparılmalıdır. Bu təkcə bir nəfərdən sorğu alınmaq məsələsi deyil. Düşünülmüş proqram olmalıdır ki, belə insanlar özlərini həm maddi, həm də mənəvi cəhətdən təmin edə bilsinlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"