"PRAYK - sizin biznesiniz, sizin qaydalarınız!"

"PRAYK - sizin biznesiniz, sizin qaydalarınız!"Azərbaycanın yerli alqı-satqı və xidmət ekosistemini köklü şəkildə dəyişməyi hədəfləyən PRAYK platforması sürətlə böyüyən texnoloji startaplardan biridir.

"Qafqazinfo" layihənin təsisçisi və rəhbəri Kamran Aydınovun PRAYK-ın üstünlükləri, texnoloji fərqlilikləri, konfidensiallıq məsələləri və gələcək planları haqqında müsahibəsini təqdim edir:

- PRAYK istifadəçilərə hansı konkret üstünlükləri və rahatlıqları təqdim edir?

- PRAYK-ın əsas məqsədi istifadəçilərlə bizneslər arasında vasitəçiləri aradan qaldırmaq, şəffaf ticarət mühiti yaratmaq və ödənişsiz reklam imkanları təqdim etməkdir. Platformamızda istər məhsul, istərsə də xidmət təklif edən hər kəs öz təkliflərini birbaşa olaraq müştəriyə çatdıra bilir – heç bir gizli komissiya və ya vasitəçi olmadan.

Bundan əlavə, istifadəçilər heç bir reklam və abunəhaqqı ödəmədən məhsul yerləşdirə, fərdi onlayn mağaza və kataloq yarada bilirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün böyük üstünlükdür. Bizim üçün əsas prinsip budur: sizin məhsul – sizin qiymət – sizin şərtləriniz.

- Son illərdə onlayn platformalarda məlumat oğurluğu və dələduzluq halları artıb. PRAYK olaraq istifadəçilərin şəxsi məlumatlarını necə qoruyursunuz? Bu sahədə hansı texniki və etik məsuliyyətləri üzərinizə götürmüsünüz?

"PRAYK - sizin biznesiniz, sizin qaydalarınız!"- Bu, çox ciddi məsələdir və təəssüf ki, bəzi platformalar bu məsələdə istifadəçiləri qorumaqda yetərli deyil. PRAYK olaraq biz müasir təhlükəsizlik protokolları və real vaxtda monitorinq sistemləri tətbiq edirik. Heç bir istifadəçi məlumatı razılıq olmadan paylaşılmır, satılmır və üçüncü tərəflərə ötürülmür. Əlavə olaraq, istifadəçilərə öz məlumatları üzərində tam nəzarət imkanı veririk. Yəni təkcə texniki baxımdan yox, etik və hüquqi baxımdan da istifadəçinin tərəfində duran platformayıq. Bizim üçün istifadəçi etibarı hər şeydən önəmlidir. Əgər bu etibarı qazana bilmiriksə, texnologiya heç bir işə yaramaz.

- PRAYK AI köməkçisi üzərində iş getdiyi qeyd olunur. Bu süni intellekt funksiyası həm müştərilər, həm də bizneslər üçün hansı konkret imkanları təmin edəcək?

- PRAYK AI köməkçisi həm müştəri axtarış təcrübəsini optimallaşdıracaq, həm də bizneslərin doğru müştəriyə çıxmasını təmin edəcək. Məsələn, alıcı platformaya daxil olub bir məhsul axtarırsa, AI köməkçi onun ehtiyacını analiz edib ən uyğun təklifi təqdim edəcək. Satıcı və bizneslər üçün isə bu sistem aktiv olaraq müştəri axtarışına çıxacaq və onları uyğun auditoriyaya çatdıracaq – klassik reklam modelindən fərqli olaraq. Gələcəkdə bu funksiyanı səsli axtarış və smart təkliflər kimi imkanlarla daha da inkişaf etdirəcəyik.

- PRAYK-ın hədəf auditoriyası kimlərdir və yaxın gələcəkdə platformanın regional və beynəlxalq səviyyədə genişlənməsi nəzərdə tutulurmu?

- Bizim əsas auditoriyamız kiçik və orta bizneslər, "freelancer"lar, usta və xidmət sahibləri və yerli mağazalardır.

PRAYK onlara bərabər şans, pulsuz reklam və birbaşa satış imkanı yaradır. İlk mərhələdə bütün Azərbaycan regionlarını əhatə etməyi, daha sonra isə region ölkələrinə – Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi bazarlara çıxış etməyi planlaşdırırıq. Bu ölkələrdə də eyni problemlər mövcuddur və biz orada da həll təklif etməyə hazırıq.

Daha ətraflı: www.prayk.com

Yüklə: www.prayk.com/install


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 625   Tarix: 07 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021