"2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm paytaxtı" elan edilməsi bizi qürurlandırdı" - DEPUTAT

"2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm paytaxtı" elan edilməsi bizi qürurlandırdı" - DEPUTAT"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə Azərbaycanın ev sahibliyi etməsi və belə bir mühüm tədbirin Xankəndində keçirilməsi Azərbaycanın sülhə, inkişafa və regional inteqrasiyaya sadiqliyinin sübutudur".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ECO-nın 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi bu tarixi şəhər üçün yeni səhifə açmaqla yanaşı həm də 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının beynəlaxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaratdı:

"Dövlət başçısı cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında vurğuladığı kimi Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir:

"Bilirsiniz ki, 2006-cı və 2012-ci illərdə də Azərbaycan ECO-ya ev sahibliyi edib. Əslində bu il bu il Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Xankəndindən öncə Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib.

Zirvə görüşü çərçivəsində təşkilata üzv dövlətlərin liderləri Qarabağda görülən işlərlə yaxından tanış olublar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyevin uzaqgörən yanaşması ilə Xankəndi şəhəri tezliklə Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağını vurğuladı. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşün Xankəndidə keçirilməsi də bu tədbirə xüsusi məna qazandırdı".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin çıxışında Ermənistanın hələ davam etdirdiyi mina terroruna da toxundu:

"Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ölkə başçısının çıxışında vurğuladığı digər mühüm məsələ Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunmasıdır. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair "İstanbul Bəyannaməsi"ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək".

Deputat Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etdiyini söyləyib:

"ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilib. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirildiyini də qeyd edib. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir. 2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm paytaxtı" elan edilməsi də bizi qürurlandırdı. Ümumiyyətlə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə müzakirə edilən məsələlər xüsusi əhəmiyyət kəsb edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1253   Tarix: 07 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021