Xocalı kərpic zavodunun açılışı olub
İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.
Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən "Xocalı" gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb.
Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılıması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ümumilikdə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2157 Tarix: 18 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr