Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirak etməyəcək
Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirak etməyəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə "Trend"ə məlumatlı mənbə bildirib.
Qeyd edək ki, adətən MDB iclaslarında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.
"Yaqub Eyyubov sözügedən tədbirdə iştirak etməyəcək. İmtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir", - deyə mənbə qeyd edib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərdə reydlər keçirib. Reydlər zamanı azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.
Azərbaycan XİN rəsmisi bu məsələni şərh edərkən bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı insidentə gəlincə, Azərbaycan Rusiyadan ötən ilin sonunda Rusiya hava məkanında vurulan "Azerbaijan Airlines" aviaşirkətinə məxsus təyyarə ilə bağlı faciənin tam və şəffaf şəkildə araşdırılmasını, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını və zərərçəkənlərə təzminatın ödənilməsini gözləyir.
Azərbaycan Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatında bildirilib ki, zəruri addımların atılmaması, hadisələrin həqiqi mahiyyətinin təhrif edilməsinə cəhdlər, eləcə də Rusiyanın rəsmi şəxsləri və KİV tərəfindən "Azerbaijan Airlines" aviaşirkətinə məxsus təyyarənin vurulmasından sonra Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyası qəbuledilməzdir.
Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb", - deyə XİN-dən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi