Prezident: "Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşə bilər"
"Mən istisna etmirəm ki, Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşə bilər".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bəyan edib.
"İş burasındadır ki, Ermənistan məsələni fərqli görür. İşğal, zorakılıq və soyqırım olmasaydı, Cənubi Qafqazda vəziyyət başqa cür olardı. Bölgə siyasi, iqtisadi, nəqliyyat və enerji baxımından çoxdan inteqrasiya edilmiş bir məkan olardı. Bu qədər zaman itkisi olmazdı. Bunun səbəbi bizdə deyil, Ermənistanda hakimiyyətdə olan rejimlərin işğalçı mahiyyətində idi. Azərbaycan fobiyası və əsassız təcavüzkarlıq. Kim təminat verir ki, bu yanaşma, bu şüur yenidən hakim olmayacaq?", - dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, separatçılığın kökünün kəsilməsinə dair belə zəmanəti yalnız beynəlxalq sənədlər, dəmir kimi möhkəm normalar təmin edə bilər.
"Bunun üçün Minsk Qrupu buraxılmalı, Ermənistan Konstitusiyası dəyişilməlidir, orada yer alan Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır", - deyə prezident qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 641 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr