Prezident: "Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var"
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündəki çıxışında bildirib.
Dövlət başçısı vurğulayıb: "Hazırda bunun üçün böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərindən Azərbaycana və Azərbaycan vasitəsilə Qərbə konteyner qatarları yola salınır. Onların sayı ildən-ilə, həm də onlarla faiz həcmində artır. Düşünürəm ki, yaxın vaxtlarda bu, dəfələrlə artırılacaq".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əvvəldən ÇXR Sədri Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyib və öz tərəfindən ölkə ərazisində müvafiq nəqliyyat-logistika infrastrukturu hazırlayıb.
"Çin şirkətləri Günəş elektrik stansiyaları layihələrinin reallaşdırılmasında podratçı qismində fəal iştirak edirlər. İnvestor şirkətlərin satın aldığı Günəş panelləri Çin istehsalıdır. Bu yaxınlarda biz həm də Çin şirkətləri ilə yaşıl - Günəş və külək enerjisi istehsalı sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və zənnimcə, bu da bizim qarşılıqlı faydalı əməkdaşlığımıza yaxşı əlavə töhfə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 509 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr