"Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib platformadır" - DEPUTAT
"||| Qlobal Media Forumu ilk dəfə Xankəndi şəhərində yüksək səviyyədə keçirildi. Təşkilatçılıq və Prezident İlham Əliyevin müxtəlif məzmunlu suallara səmimi cavabları beynəlxalq ictimaiyyətin marağına səbəb oldu".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, dünya gündəmində aktuallıq kəsb edən problemlərlə bağlı dövlət başçımızın beynəlxalq hüquqa, ədalətə söykənən mövqeyi bir çox ölkələrin kütləvi informasiya vasitələrində geniş müzakirələrə səbəb oldu:
"Ələlxüsus, Ukrayna-Rusiya müharibəsi, son zamanlar Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik barədə jurnalistlərin suallarını cənab Prezident tam çılpaqlığı ilə cavablandırdı. Qeyd etməliyəm ki, adətən belə həssas vəziyyətlərdə dövlət başçıları açıq mövqe bildirmir, konkretlikdən yayınır, diplomatik terminlərlə məhdudlaşırlar. Bunun üçün, kifayət qədər, cəsarət, peşəkarlıq, ehtimal olunan təxribatlara qarşı iqtisadi, hərbi gücün olmalıdır".
Deputat vurğulayıb ki, ümumilikdə, Qlobal Media Forumunda səsləndirilən sualları bir neçə istiqamətdə sistemləşdirmək olar:
1. Ermənista-Azərbaycan sülh danışıqlarında son vəziyyət. Sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına mane olan amillər, Azərbaycanın tələbləri. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, bölgənin tarixi, mədəniyyəti barədə iştirakçıların məlumatlandırılması.
2. Yaşıl Enerjiyə keçid, COP-29, Avropa İttifaqının enerji təminatında Azərbaycanın rolu. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin bölgə ölkələri üçün əhəmiyyəti.
3. Azərbaycanın Avropa İttifaqı və region ölkələri ilə, ümumiyyətlə beynəlxalq münasibətlər sistemindəki aktiv rolu, ATƏT-ın Minsk Qrupunun fəaliyyəti.
4. Ötən ilin dekabrında AZAL- a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra şimal qonşumuzun əxlaqa sığmayan davranışlarının nəticələri, beynəlxalq məhkəməyə müraciətin hazırlanması, Ukraynalı xalqına heç zaman işğalla bağlı razılaşmamağı barədə məsləhətlər, Rusiyalı jurnalistin "müvəffəqiyyətin sirrlərinin kökündə nə dayanır" kimi fərdi sualları qeyd etmək olar. Düşünürəm ki, məhz, bu suallara cavabda bir çox dövlət başçılarına nümunə ola biləcək mesajları görmək olar. Dövlət başçılarının öz xalqlarına yalan danışmaqları, beynəlxalq hüququn tələblərinə riayət etməmələri, qonşularla düzgün münasibət qurmamaları, faciələrə gətirib çıxarır, milyonlarla insanın taleyini alt-üst edir. Bu mənada, Prezident İlham Əliyev, həmkarlarına Azərbaycanın qlobal və regional proseslərə baxışlarını ortaya qoydu. Açıq şəkildə mesaj verdi ki, Azərbaycanla əməkdaşlıq etmək lazımdır, konfrantasiya yox. Nəticə çıxarmaq onlardan asılıdır.
Ümumiyyətlə hesab edirəm ki, Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin, tariximizin, inkişafımızın təbliğ olunmasında olduqca vacib platformadır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi