Tacikistanda "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq toplantı keçirilib
2025-ci il 15-19 iyul tarixlərində Tacikistan Respublikasının Gülüstan şəhərində "Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması" mövzusunda elmi-praktik konfrans və "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq toplantı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən tədbirlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Quliyev, həmin idarənin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev, eləcə də Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda iştirak edib.
İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin toplandığı elmi-praktik konfransda yol hərəkət iştirakçıları, xüsusilə uşaqlarda yol hərəkəti təhlükəsizliyinə dair bilik və praktiki bacarıqların formalaşması, bu sahədə tədris metodlarının təkmilləşdirilməsi və ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri geniş müzakirə olunub.
Eyni zamanda, "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq tədbirdə müxtəlif nominasiyalar üzrə yarışan komandalar - yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyi ilə bağlı praktik vərdişlər, komandada işləmək bacarığı və digər sahələr üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən, ölkəmizi təmsil edən məktəblilərdən ibarət nümayəndə heyəti uğurlu çıxış edərək yüksək nəticə göstərmişlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 634 Tarix: 22 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021