Prezident İlham Əliyev Şəmkirdə avtomobil yollarının təmirinə 2 milyon manat ayırdı
Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamda göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 384 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda bu ərazilərdə söküntü planlaşdırılır
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir. Hazırda hansı razilərdə söküntü işlərini
6 iyunAzərbaycan Ordusunun hərbçisi həlak olub - FOTO
Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub. -ın əldə etdiyi məlumata görə, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib. İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımd
6 iyunBu tarixdə QISA İŞ GÜNÜ OLACAQ
Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 26
6 iyunİran ABŞ və İsrailin nüvə obyektlərinə hücumlarını pisləyib
İran ABŞ və İsrailin nüvə obyektlərinə hücumlarını pisləyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının xüsusi iclasına qatılan İran nümayəndə heyəti bununla bağlı çağırış edib. "İran nümayəndə heyəti BAEA-nın Rəhbərlər Şurasını
7 iyunBu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB
Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılmas
6 iyunPensiyalar nə vaxt ödəniləcək? - TARİX AÇIQLANDI
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iyun ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. "AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 12-də ödəniləcək. Dah
6 iyun