Ağacların dibinə asfalt tökülməsinə RƏSMİ MÜNASİBƏT: "İşlər özbaşına görülüb"

Ağacların dibinə asfalt tökülməsinə RƏSMİ MÜNASİBƏT: "İşlər özbaşına görülüb"Bakı şəhərində ağacların dibinin asfaltlanması və ərazidə parkinq salınması sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.

Oxu.Az xəbər verir ki, hadisə Nərimanov rayonu, Hidayətzadə küçəsində qeydə alınıb.

Qeyd edilib ki, işlər gecə saatlarında həyata keçirilib. Diqqət çəkən məqamlardan biri də kadrlara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus yük avtomobilinin düşməsi olub. İddia olunub ki, ərazidəki işləri qurumun əməkdaşları həyata keçiriblər.

Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, işlər müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.

"İyulun 23-də sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal AAYDA tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd edilən ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən "Bakı 4 N-li Yol İstismarı" MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb ediliblər, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb", - deyə A.Nəcəfli bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 571   Tarix: 24 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Repetitorlara EHTİYAC QALMAYACAQ: Valideynlərin yükü azalır, təhsildə inqilabi YENİLİK...

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilin

26 iyul
.

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi

Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov vəfat edib. xəbər verir ki, Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib. Onun hans

25 iyul
.

Pensiya almaq istəyənlərin DİQQƏTİNƏ: HƏR KƏS BUNU BİLMİR...

Minlərlə Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə rəsmi şəkildə çalışaraq sosial sığorta haqları ödəyir. Bəs həmin ölkələrdə qazanılan əmək stajı Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınırmı?. Mövzu ilə bağlı -a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki

26 iyul
.

Daşbulaq kənd orta məktəbi bağlanır? - Açıqlama

"Elm və Təhsil Nazirliyi daha bir kənddə şagird sayı az olduğunu əsas gətirərək məktəbi bağlamaq istəyir. Bu, mənim babalarımın, nənələrimin yaşadığı Şəkinin Daşbulaq kənd orta məktəbidir. Bildirilib ki, şagirdlər distant təhsilə keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalis

24 iyul
.

"WhatsApp"da yeni funksiyalar

"WhatsApp" istifadəçilərin gündəlik həyatını asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini istifadəyə verib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, yeniliklər istifadəçilərə müxtəlif platformalarda ünsiyyəti daha rahat və fasiləsiz davam etdirməyə imkan yaradacaq

25 iyul
.

Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib

Baş Prokurorluqda bu ilin birinci yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısınd

24 iyul
.

İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyini

25 iyul
.

Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi - Əhaliyə TƏCİLİ xəbərdarlıq

Bu gün və sabah Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın temperaturunun xeyli yüksələcəyi gözlənilir. xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə termometrlər 41 dərəcəyədək yüksələcək. Mütəxəssislər əhaliyə qızmar havalarda sağlamlıqlarını qorumaq üçün bir sıra qaydalar

25 iyul
.

İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb. xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. Qeyd olunub ki

25 iyul