"Veysəloğlu" MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
"Veysəloğlu" MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş "Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı" layihəsinin rəsmi açılışını keçirib.
Layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşların sistemli şəkildə müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsidir. Bu təşəbbüs, şirkət strukturunda yalnız rəhbər heyətə deyil, eyni zamanda mütəxəssis bazasında olan istedadlara da liderlik imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edir.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, "Veysəloğlu" MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, İdarə Heyətinin üzvləri, şirkət direktorları və layihə çərçivəsində seçilmiş yüksək potensiallı mütəxəssisləri təmsil edən 80 nəfər iştirak edib.
Tədbir zamanı layihənin mərhələləri, tətbiq olunan qiymətləndirmə metodikaları, fərdi inkişaf planlarının məzmunu və mütəxəssislər üçün nəzərdə tutulan imtiyazlar təqdim olunub. Yüksək potensiallı əməkdaşlar üçün təşkil olunan bu layihə şirkətin liderlik ehtiyatı yaratmaq, daxili irəliləyiş imkanlarını gücləndirmək və dayanıqlı insan kapitalı formalaşdırmaq istiqamətində atdığı strateji addım kimi dəyərləndirilib.
Tədbirdə Dünya Bankının gender məsələləri üzrə məsləhətçisi və ADA Universitetinin təlimçisi Şəmsiyyə Mustafayeva da qonaq qismində iştirak edərək layihənin inklüzivlik və gender baxımından əhəmiyyətini vurğulayıb. Layihə həm iştirakçılar, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və insan resurslarını əhatə edən innovativ təşəbbüs kimi dəyərləndirilib.
Bu layihə "Veysəloğlu" MMC-nin insan resursları strategiyasında yalnız rəhbər heyət üçün deyil, həm də mütəxəssis səviyyəsindəki istedadlar üçün uzunmüddətli inkişaf imkanları yaratmağa yönəlmiş qabaqcıl yanaşmasının bariz nümunəsidir. Bu dərəcədə əhatəli şəkildə həyata keçirilən layihə, mahiyyət etibarilə ölkədə ilk təşəbbüslərdən biri hesab olunur, korporativ liderliyin inklüziv və davamlı modelinin formalaşmasına xidmət edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2299 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr