"Ağ Evdə keçiriləcək görüşlər Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əldə olunması çox əhəmiyyətlidir" - DEPUTAT

"Ağ Evdə keçiriləcək görüşlər Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əldə olunması çox əhəmiyyətlidir" - DEPUTAT"Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri iki ölkə münasibətlərində yeni bir səhifənin başlanğıcı hesab oluna bilər".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bldirib.

Deputat qeyd edib ki, Donald Tramp sülhsevər və ədalətli dövlət rəhbəridir və dünyada müharibələrin olmamasını üstün tutub:

"44 günlük Vətən müharibəsi dövründə də ABŞ məsələyə ədalət prizmasından yanaşaraq, ərazi bütövlüyümüzü dəstəkləmişdi. Amma bunu Baydenə aid etmək olmaz. Onun prezidentlik dövründə ABŞ-nin Azərbaycana münasibəti tamamilə fərqli idi. Belə ki, Bayden Administrasiyası erməni lobbisinin təsiri altına düşərək, Azərbaycana qarşı açıq şəkildə qərəz nümayiş etdirir, ölkəmizin ünvanına ədalətsizcəsinə saxta ittihamlar səsləndirilib, qurduğu ssenariyə uyğun olaraq Konqres və Senatda dövlətimiz əleyhinə qətnamələr qəbul olunub. Hətta ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüş keçirərək Ermənistanın silahlandırılmasına maliyyə dəstəyi göstərilməsini belə qərara almışdı. Çünki Bayden müstəqil rəhbər deyildi, o, idarə olunurdu. Amma Donald Trampın yenidən prezident seçilməsi erməni lobbisinin planlarının üstündən xətt çəkdi. Donald Tramp isə müstəqil siyasət yürüdür və kənar qüvvələrin təsiri altına düşmür. O, adını tarixə ABŞ-nin uğurlu prezidenti və sülhsevər lider kimi yazdırmağa çalışır".

Deputat vurğulayıb ki,Tramp prezident seçiləndən sonra Azərbaycanla ABŞ arasında münasibətlər yenidən normallaşdı:

"Yenidən qarşılıqlı təbriklər, zənglər intensivləşməyə başladI və bütün telefon danışıqlarında ölkələrarası əməkdaşlığın genişləndirilməsi məsələsi xüsusi vurğulanıb. Prezident İlham Əliyevin III Qlobal Şuşa Forumunun açılışında səsləndirdiyi fikirləri Donald Tramp "Truth" sosial şəbəkəsində paylaşdı. Bu, ABŞ tarixində ölkə liderinin digər dövlət başçısının fikirlərini səhifəsində dərc etməsinin iki idi. Ən önəmlisi isə ABŞ Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməyə çalışırdı.Təbii ki, bütün bunlar ikitərəfli münasibətlərin inkişaf dinamikasının göstəricisidir".

Deputat söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-yə dəvət olunmaları Donald Trampın Cənubi Qafqaza münasibəti sülhsevər prizmasındandır:

"Ağ Evdə keçiriləcək ikitərəfli və üçtərəfli görüşlər regionumuza sülh və əməkdaşlığın gəlişi baxımından çox əhəmiyyətlidir. Donald Trampla Prezident Əliyevin ikitərəfli görüşündə Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsi ilk yerdə olacaq.Tramp Zəngəzur dəhlizi məsələsinə də çox müsbət yanaşır və bu dəhlizdə hərəkətin təhlükəsizliyinə töhfə vermək istəyir. Bu baxımdan hesab edirəm ki, bu gün sülh müqaviləsinin bağlanmasına sadiqliyin nümayişi üçün razılaşdırılmış müqavilənin paraflanması və ya memorandum imzalana bilər. Hər halda Ağ Evdə keçiriləcək ikitərəfli və üçtərəfli görüşlərdən sonra Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əldə olunması üçün çox ciddi addımların atılacağını hesab edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 818   Tarix: 08 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr