Cənnətə məktub!: "Anam gələcək, yaxşı qarşıla!"

Cənnətə məktub!: "Anam gələcək, yaxşı qarşıla!"Allah izn versəydi, ANAmı cənnətdə qarşılayardım...

Biz tərəflərdə çox istədiyimiz adamlara belə deyilir: "Səni içimə salıb, qorumaq istəyirəm"
Analar mələkdir-qoruyur, mühafizə edir, 9 ay bizi bətnində saxlayır.Ürəyinin baş tərəfində. Bəzən böyüyüb onu elə təpiklədiyimiz bətnindən yandırıb, ürəyindən "vururuq".
Saat hardasa 16-17 olardı. Tanımadığım nömrədən zəng gəldi.
-Aloooo, aloooo, Aytən Sakitqızının nömrəsidir?
-Bəli, buyurun, mənəm. Kimdir ki, xanım tanımadım?
-Qızım, sənin nömrəni o vaxtı bizim ərazidə çəkiliş aparanda almışdım. İndi birdən yadıma düşdü ki, ilk sənə zəng edim.
-Buyurun, nəsə lazımdır?
-Qızım, yalvarıram mənə kömək et. Ya da qocalar evinə yerləşdir.Hazırda paltarlarımı da yığıb küçəyə çıxmışam. Bilmirəm hara gedim, nə edim?!
-Xala hardasız, hansı tərəfdəsiz?
-Xırdalandayam qızım.
-Xala, qaldığınız ərazidə kimsə varmı?. Yəni ki, telefonunuzu yoldan keçən adamlardan birinə verə bilərsinizmi zəhmət olmasa?
-Niyə a bala?
-Deyəcəm, siz verin.
- (Kimisə çağırdı)- A bala bəri gəl görüm, al bu telefonu, jurnalist qız gör nə deyir.
Qalın, xırıltılı bir səs gəldi...
-Salam, xanım buyurun
-Salam, salam, mənə zəhmət olmasa olduğunuz ərazidən "konum" atın, oradakı qadının yanına gəlmək istəyirəm.
-Yaxşı xanım.

-5 dəq gözlədikdən sonra nəhayət ki, "konum" gəldi. Yollandım həmin əraziyə.
Qadın məni görən kimi çəlliklə üstümə necə atıldısa, gözlərim doldu. Bu çarəsiz, övladlı "sonsuz"qadının, ağbirçəyin bağrıma sığınması ömrümdən bəlkə də 10 il aldı.
-Yalvarıram, başına dönüm qızım, məni burdan apar, tez apar.
-Nə olub xala, əvvəlcə deyin bilim. Səbəb nədir, bu binadamı yaşayırsız, övladlarınız varmı, niyə küçədəsiz, axı nə olub?
-Qızım məni evdən qovub.
-Nə? Səbəb? (Ağzım dilim qurudu. )
-Heç nə, deyir "pensiya kartını mənə ver. Niyə mənimlə qalıb, havayı yeyib-içirsən, amma pensiyanı mənə xərcləmirsən". Qızım,mən xəstə adamam, pensiyamla dərmanlarımı alıram. Amma qızıma da bazarlıq edirəm. Hətta onun uşağını belə oxutdurmuşam. Ona nə köməklik lazımdırsa etmişəm və edirəm də. Uşaqlarını da mən böyütmüşəm. Deyir, "mənə nə etmisən ki, çimirsən, yeyirsən, yatırsan. Hamı da havayi". Qızım, təkcə dünən 50 manatlıq bazarlıq etmişəm.
-Bir qızınız var?
-Bəli, onu əlimin içində böyütmüşəm. Oxutdurmuşam, işləyir. Toy edib, cehiz vermişəm. Üstəlik bu günə kimi də əl tuturam.
Amma haqqımı halal etmirəm. Ananı da küçəyə atarlar, qızım?.
-Narahat olmayın, həll edərəm.
Hara gedim, nə edim, necə edim, hara aparım?. Fikirlərimin döngəsində itdim, yetim qaldım.İlahi, yalvarıram, yol göstər.
Taksi sifariş verib, tanıdığım çox yaxın adamıın evinə aparıb, yerləşdirdim.
Bir neçə gün sonra da həmin adamın 1 otaqlı digər mənzilinə köçürtdük, bazarlığına qədər etdik, dərmanlarını da aldıq.
Arada-sırada baş da çəkirik ki, tənhalığını hiss etməsin. Cənnət üzlüdür, yumşaq xasiyyətli və bir az da qorxaqdır sanki.
Gözündəki kədər üzündəki qırışlardan da çoxdur.
Qabarıq əlləri haqqın dərgahındadır, ölməsi üçün imdad diləyir hər gün. Çətindir, çox çətindir o mənzərəni görmək.Dözülməzdir bir ananın fəryadının şahidi olmaq.
Utanır, çox utanır. Çəkdiyi əzabların "cavab"ının bu formada olması onu çox utandırır.
Onu ovutmur mənimkimilərin təsəllisi, gözünün yaşını quruda bilmir xoş sözlərim, niskili bitmir. Gözünün ağı-qarası, ilk göz ağrısının naxələfliyini həzm edə bilmir.
Danışır, danışır, danışır....
Dərdini danışır, dinləyirəm, dinləmək ki,dərd deyil.
Alışıb yanır sanki... Sinəsindən yedizdirdiyi sinəsini yandırıb çünki...

ALLAH İZN VERSƏYDİ, ANAMI CƏNNƏTDƏ QARŞILAYARDIM...
ANAMIN DANIŞDIQLARINDAN...
Anam 6 aylıq hamilə idi. Mənim isə 2 yaşım olardı. Qəfil xəstələndim,hətta həkimlər "qoy rahat can versin, tərpətməyin"dedilər.
Anam bu cümləni həzm etmədi.. Məni də götürüb "qarnı burnunda" Bakıya qaçdı. 2 ay mənimlə o vəziyyətdə xəstəxanada yatdı. Qarnındakını belə düşünmürdü. Halbuki...
Sağaldım sağalmağına, amma yuxarıda qurbanoğlduğum, aşağıda da Tanrını simasında tanıdığım qadının sayəsində...
Böyüdüm, qızım olan günü dərk etdim anamı.
Dildə yox, əməldə olur Ana sevgisi. Hardasa xoşbəxt övladam. Axı hər kəsə müqəddəslərindən "biz nə etdik ki, sənin kimi övlad verdi bizə" ifadəsini eşitməyi nəsib etmir Allah.
Nə vaxtsa yanımda olmayacağını düşünəndə gücsüzləşirəm.
Cənnət məni qəbul etməz, yoxsa anamı orada özüm qarşılayardım.
Oxuduğum hədislərin birində belə yazılmışdı:
"Bir nəfər Allah Rəsulunun sallallahu aleyhi və səlləm yanına gəlir və soruşur: "Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?" Deyir: "Anana!"
Eyniz sualı 3 dəfə təkrar verib, hər üçündə də "Ana" cavabını alır.
Hətta Qurani-Kərimdə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurub. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış" (İsra, 23).

Demək ki, Allahın özünün belə rizası valideynlərin razılığında, qəzəbi də onların naləsində gizlənir.
Bir anlıq düşündüm ki, mən xəstə, gücsüz, ölümlə mübarizə aparan anasını evdən qovan, yayın qızmar çağında onu küçəyə atan "övlad"ının yerinə ölməyə qorxuram.
Amma o qorxmur. Qorxmur ki, evdən qovduğu anasını Cənnət yaxşı qarşılasa da, bu əməlin cavabında isə öz övladı ona əsl Cəhənnəmi yaşadacaq.
O, kirli vicdan sonrakı peşmançılıq göz yaşı ilə də yuyulmayacaq "bacım"...

Aytən Sakitqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1188   Tarix: 08 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr