XƏBƏRDARLIQ! Hava kəskin dəyişir - Bu tarixə qədər YAĞIŞ YAĞACAQ
Uzun müddət davam edən isti hava şəraitindən sonra avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
"Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək",- deyə əlavə edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4714 Tarix: 08 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sahədə soğan yığarkən öldü
Ağdamda qadın işlədiyi ərazidə ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 13 radələrində Mərzili kəndinin ərazisində baş verib. Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Xanım Qeyis qızı Məmmədova sahədə soğan yığımı zamanı halının pisləşməsi nəticəsində ölüb. Araşdırma aparılır
25 iyulBakıda iməcilik keçirildi - Fotolar
Yay mövsümündə Bakı şəhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti daxili iməclik keçirilib. xəbər verir ki, iməcilik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələr
25 iyulSürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur
Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd
25 iyulMəhərrəmlik nə vaxt bitir? - TARİX AÇIQLANDI
Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar. Bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxın
25 iyulİlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR
Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyini
25 iyulAzərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 , dəyər baxmında
25 iyulAzərbaycan I yarımildə 41 min tona yaxın xurma ixrac edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, dəyər baxımından 847 min dollar (2,6 , həcm baxımından isə 5 min 307 ton (11,6 %) azdır. Hesabat dövründə xurma ixracında
26 iyulBazar günü Azərbaycanda 41 dərəcə isti olacaq
Azərbaycanda iyulun 26-da 41 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 35-39, bəzi yerlərdə 40-y
25 iyul