Yük maşını sürənlərə - Müraciət
İri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi isə qəza riskini dəfələrlə artırır.
Sonxeber.az xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin yük avtomobili sürücülərinə ünvanladığı müraciətdə deyilir.
"Sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır.
Yol kənarında dayanma yalnız qanunvericiliklə müəyyən edilmiş yerlərdə həyata keçirilməli, görünüş sahəsini məhdudlaşdıran, hərəkət zolaqlarını daraldan və qəza riskini artıran hallara yol verilməməlidir.
Fasiləsiz hərəkətin uzun müddət davam etməsi sürücünün diqqətini və reaksiya qabiliyyətini azaldır. Bu səbəbdən vaxtaşırı dayanaraq istirahət etmək, səhhətində problem olduğu halda sükan arxasına keçməkdən imtina etmək hər bir sürücünün borcudur.
Unutmayın! Qaydalara riayət olunması yol hərəkətində iştirak edən bütün şəxslərin həyat və sağlamlığının qorunması üçün zəruridir", - qurumun müraciətində qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 915 Tarix: 09 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabrLənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
10 sentyabrTəhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA
Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri
10 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrŞəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"
10 sentyabr