"İnformasiya texnologiyalarının inkişafı rəqəmsal iqtisadiyyatın təməlidir" - Bəhruz Quliyev

"İnformasiya texnologiyalarının inkişafı rəqəmsal iqtisadiyyatın təməlidir" - Bəhruz Quliyev"Son on illərdə Azərbaycan informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirdiyi islahatlarla regionun rəqəmsal inkişaf xəritəsində aparıcı mövqeyə yüksəlib".

Bunu Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev bildirib ki, bu uğurlar təkcə texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, həm də milli iqtisadiyyatın rəqəmsal transformasiyasına strateji dəstək verir:

"Vətəndaş məmnunluğunun artırılması dövlətin əsas prioritetdir. Məhz bu gün "Elektron hökumət" portalının fəaliyyəti genişləndirilib, dövlət xidmətlərinin 90%-dən çoxu onlayn müstəviyə keçirilib. "ASAN xidmət" modelinin uğuru isə Azərbaycanın dünyada rəqəmsal dövlət idarəçiliyi sahəsində nümunə ölkə kimi tanınmasına səbəb olub. Bu model müxtəlif ölkələrin diqqətin çəkib və bu gün də öyrənilməkdədir. BMT-nin son 2022-ci il üzrə Elektron Hökumət Reytinqində Azərbaycan 193 ölkə arasında ilk 50-likdə qərarlaşıb.

Yüksək sürətli internet

Yüksək sürətli internet təminatı ilə bağlı müxtəlif proqramlar həyata keçirilib. Ölkə üzrə fiber-optik internet şəbəkəsinin genişləndirilməsi layihələri sürətlə icra edilir. "Aztelekom" və "Baktelecom" tərəfindən həyata keçirilən "Evədək optika" proqramı çərçivəsində 2025-cü ilin sonuna qədər əhalinin 85%-i yüksək sürətli internetlə təmin olunacaq. Eyni zamanda, 5G texnologiyasının tətbiqi üzrə pilot layihələr artıq müxtəlif şəhərlırdə tətbiq olunur.

İnnovasiya ekosistemi

Azərbaycan həm də innovativ sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradır. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"nin dəstəyi ilə 2023-cü ildə 200-dən çox startap dövlət qrantı və investisiya dəstəyi alıb. "SUP.VC" və "SABAH.lab" kimi platformalar gənclərin beynəlxalq startap yarışlarında iştirakını təmin edir, yerli layihələrin xarici bazarlara çıxışını sürətləndirir.

Ağıllı şəhər və kənd layihəsində İKT

İKT-nin tətbiqi infrastruktur layihələrində də özünü göstərir. Qarabağda inşa edilən "Ağıllı kənd" (Ağalı, Zəngilan rayonu) tamamilə rəqəmsal idarəetmə sistemi, alternativ enerji mənbələri, "smart" kənd təsərrüfatı və onlayn dövlət xidmətləri ilə təmin olunub. Bu model yaxın illərdə "Böyük Qayıdış" layihəsi üzrə yenidən qurulan digər azad edilmiş ərazilərdə də tətbiq ediləcək.

Kibertəhlükəsizlik və milli təhlükəsizlik sahəsində

İnkişaf davamlı prosesdir, məhz Rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik sahəsində də tədbirlərin gücləndirilməsini zəruri edib. 2022-ci ildə "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi" istifadəyə verilib. Bu mərkəz həm dövlət, həm də özəl sektor üçün kibertəhlükələrin aşkarlanması və qarşısının alınmasında mühüm rol oynayır. Onu da qeyd edək ki, bu addım həm də qeyri - dövlət strukturlarının fəaliyyətinə dəstəkdir.

Qeyri-neft sektoruna töhfə

Eyni zamanda, mövcud reallıq ondan ibarətdir ki, rəqəmsal iqtisadiyyat artıq qeyri-neft sektorunun mühüm hərəkətverici qüvvəsinə çevrilib. Statistika göstərir ki, 2024-cü ilin ilk yarısında İKT sektorunun ölkə ÜDM-ində payı 3,5%-ə çatıb və bu göstəricinin 2030-cu ilə qədər 7%-ə yüksələcəyi proqnozlaşdırılır".

Bəhruz Quliyev vurğulayıb ki, bütün yuxarıda qısa olaraq sadaladığı faktlara əsasən Azərbaycanın informasiya texnologiyaları sahəsində atdığı addımlar, həyata keçirdiyi infrastruktur layihələri və innovasiya yönümlü siyasəti ölkəmizi regionda rəqəmsal liderə çevirir:

"Bu inkişaf yalnız texnologiyanın tətbiqi deyil, həm də iqtisadi sabitliyin, vətəndaş məmnunluğunun, sosial rifahın və milli təhlükəsizliyin möhkəmlənməsi deməkdir".

Azərbaycan sübut edir ki, düzgün dövlət strategiyası və innovasiyaya açıq yanaşma ölkəni gələcəyin iqtisadiyyatına aparan ən etibarlı yoldur.

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

"İnformasiya texnologiyalarının inkişafı rəqəmsal iqtisadiyyatın təməlidir" - Bəhruz Quliyev


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1473   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr