Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris hava limanında baş verib.

"Qafqazinfo" məsələ ilə bağlı azyaşlıların valideynləri Məhəmməd Quliyev və Gültac Abdullayeva ilə əlaqə saxlayıb.

Valideynlər saytımıza bildirib ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış. Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.

Almaniyanın uşaqların Avropadan çıxışına qadağa qoymasının səbəbinə gəlincə, valideynlər bunu əsassız iddia ilə əlaqələndirirlər. Həmin iddia da ondan ibarətdir ki, ana bir neçə ay əvvəl xəstəxanada övladına əzab verib: "İkinci uşağımız doğulandan dərhal sonra əməliyyat olundu. Təxminən 1 ay uşaq xəstəxanada qaldı. Hər şey də orada başladı. Xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan şikayət ediblər ki, mən uşağıma işgəncə vermişəm. Guya 3 aylıq körpənin başını daşa çırpmışam, ağzına dəsmal bağlamışam, hətta buzlu su verərək öldürmək istəmişəm.
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?Hamısı yalandır. Bu necə ola bilər? Biz uşaqlarımıza çox yaxşı baxırıq. Onlara niyə əzab verək? Nə isə bu şikayətlərdən sonra "Jugendamt" (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) işə qarışdı. Əvvəlcə məni xəstəxanadan çıxmağa belə qoymurdular. Sonradan uşağa nəzarət üçün evimizə türk müəllim yolladılar. Həmin qadın da bizimlə yola getmədi. Hər dəfə bir bəhanə gətirirdi ki, uşağa belə baxın, elə baxın. Nəhayət uşaqları götürüb, birdəfəlik vətənə qayıtmağa qərar verdik. Parisə çatanda da başımıza bu iş gəldi".

Artıq 3 gündür uşaqlarından ayrı düşdüyünü bildirən ailə övladlarının hazırda sığınacaqda olduğunu qeyd edir. Yaxın günlərdə uşaqların Avropadan çıxışına qoyulan qadağanın götürülməsi tələbi ilə məhkəmə keçiriləcək.

Valideynlər məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə də məlumat veriblər: "Səfirliyin nümayəndəsi dedi ki, Almaniya uşaqların Avropadan çıxışına qadağa qoyub. Məsələ ilə məşğul olurlar."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1265   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr